SON XƏBƏRLƏR

İSLAHAT NƏZƏRİYYƏÇİSİ və KEÇMİŞ NAZİR HƏBS OLUNDULAR

2021.10.20, 07:36
İSLAHAT NƏZƏRİYYƏÇİSİ və KEÇMİŞ NAZİR HƏBS OLUNDULAR

Gunaz.tv
Səid Həccariyan Behzad Nəbəvi İran adlanan yerdə keçirilmiş prezident seçkisində əsas namizədlərdən olan Mirhüseyn Musəvinin iki tanınmış müdafiəçisi – Səid Həccariyan və Behzad Nəbəvi həbs edilib. S.Həccariyanı iyunun 16-da yaşadığı mənzildə təhlükəsizlik qüvvələri tutub. B.Nəbəvi isə iyunun 15-də axşam saatlarında həbs olunub. Onların hara aparıldığı, harda saxlandığı bilinmir. S.Həccariyan Məhəmməd Xatəminin prezidentliyi dövründə həyata keçirilən islahatların ideoloqu sayılır. O, hazırda Müşarikət Cəbhəsinin üzvüdü. B.Nəbəvi M.Musəvinin İranda baş nazir olduğu vaxt ağır sənaye naziri işləyib. O, 2009-cu il iyunun 12-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrini qəbul etməyən İsam İnqilabı Mücahidləri Təşkilatının üzvüdür. İyunun 16-da M.Xatəminin prezidentliyi dövründə vitse-prezident vəzifəsində çalışmış Məhəmmədəli Əbtəhi də tutulub. M.Əbtəhi 2009-cu ildə İranda keçirilən prezident seçkisinə namizəd kimi qatılmış Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubinin müşaviri və onun seçki qərargahının üzvü olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar