SON XƏBƏRLƏR

Stiv Vitkof: İran uranın zənginləşdirilməsini davam etdirə bilər

2025.04.15, 11:17
Stiv Vitkof: İran uranın zənginləşdirilməsini davam etdirə bilər

Donald Trumpın xüsusi nümayəndəsi Stiv Vitkof İranın uranı 3,67%-dən çox zənginləşdirməyə ehtiyacı oladığını bildirib.

Gunaz.tv

Qeyd edək ki, 3,67% İranın Obama administrasiyası ilə 2015-ci ildə imzaladığı nüvə sazişində müəyyən edilmiş uranın zənginləşdirilməsi limitidir.

Vitkof "Fox News"a bildirib ki, İranla danışıqlar uranın zənginləşdirilməsinin və onun silaha çevrilməsinin yoxlanması ilə bağlı olacaq.

Xatırladaq ki, Tramp administrasiyası daha əvvəl İranın nüvə proqramını tamamilə ləğv etməyə çağırmışdı.

Ancaq indi Vitkofun açıqlamalarında görünür ki, Amerika İranda müəyyən qədər uranın zənginləşdirilməsinə icazə verə bilər.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar