SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ SƏSLƏRİN YENİDƏN SAYILMASI HAQDA HEÇ BİR QƏRAR YOXDUR

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ SƏSLƏRİN YENİDƏN SAYILMASI HAQDA HEÇ BİR QƏRAR YOXDUR

Gunaz.tv
Abbasəli Kədxudayi İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi iyunun 16-da jurnalistlərə açıqlamasında bildirib ki, iyunun 12-də keçirilmiş prezident seçkisi ilə bağlı Daxili İşlər Nazirliyinin (İranda seçkilər zamanı səsləri bu nazirlik sayır) elan etdiyi nəticələr ilkin nəticədir. A.Kədxudayi qeyd edib ki, bu nəticələr hələ Konstitusiyaya Nəzarət Şurasında təsdiqlənməlidir. Konstitusiyaya Nəzarət Şurasına prezidentliyə namizədlərdən şikayətlərin daxil olduğunu söyləyən A.Kədxudayi şuranın bu şikayətləri 10 gün ərzində araşdıracağını deyib. O, vurğulayıb ki, araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verildiyi aşkarlansa, səslər yenidən sayıla bilər. Amma hazırda səslərin yenidən sayılması haqda heç bir qərar yoxdur. Prezidentliyə namizədlər Mirhüseyn Musəvi ilə Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi seçki nəticələrinin tamamilə ləğv edilməsini, seçkinin yenidən keçirilməsini tələb edir. Bu, mümkündürmü? Suala cavab olaraq Konstitusiyaya Nəzarət Şurasının sözçüsü deyib ki, Musəvi ilə Kərrubinin bu iddiasına da baxıla bilər: “Biz namizədlərin nümayəndələri ilə müzakirələrdə çalışmışıq ki, onların etimadını qazanaq”.«Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar