SON XƏBƏRLƏR

Dünya ombudsmanları Bakıda bir araya gəldi

2021.10.20, 07:36
Dünya ombudsmanları Bakıda bir araya gəldi

Gunaz.tv
Sabah ölkəmizdə insan hüquqları günü qeyd olunacaq. Bu münasibətlə Bakıda ombudsmanların VII beynəlxalq konfransı öz işinə başlayıb. Konfransda Azərbaycanda insan hüquqları sahəsində görülən işlər yüksək qiymətləndirilib. Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin və “Unesko”-nun dəstəyi ilə təşkil olunan tədbirin mövzusu «Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri» -dır. Konfransı açıq elan edən ombudsman Elmira Süleymanova ölkəmizdə insan hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, milli fəaliyyət planının qəbul olunması, müxtəlif konvensiyalara qoşulmağımız Azərbaycan dövlətinin bu sahəyə nə qədər önəm verməsinin təzahürüdür. O da bildirildi ki, reproduktiv sağlamlıq haqqında qanunla bağlı Milli Məclisdə artıq ilk müzakirələr keçirilib. «Avropa, Asiya həmçinin MDB -dən olan milli insan hüquqları təsisatlarının rəhbərlərinin bu gün Bakıda bir araya gəlməsi əlamətdar hadisədir» bunu isə BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Bruno Pueza bəyan etdi. Avropa Şurasının 60 illiyinə və milli insan hüquqları gününə həsr edilən konfrans işini sessiyalarda davam etdirdi. Beynəlxalq tədbirin ikinci iş günündə isə bioetika problemləri müzakirəyə çıxarılacaq. Sonda Bakı bəyannaməsinin qəbul olunması nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar