SON XƏBƏRLƏR

Güney Azərbaycan İstiqlal Partiyası milli qüvvələri birliyə çağırdı

2021.10.20, 07:36
Güney Azərbaycan İstiqlal Partiyası milli qüvvələri birliyə çağırdı

Gunaz.tv
İRANDA HAKİMİYYƏT PARÇALANMASI GÖZLƏNİLİR “Rejimin seçki adı altında başladığı bu prosesin məlum nəticəsi 30 il istismarçı, işğalçı siyasət yürüdən molla hakimiyyətinin yalanlara söykənən mahiyyətini tam çılpaqlığı ilə göstərmiş oldu”. Bu fikirlər Güney Azərbaycan İstiqlal Partiyasının İrandakı seçkilərlə bağlı bəyanatındandır. Bildirilir ki, məhz Güney türklərinin ortaya mövqe qoyması nəticəsində namizədlər Azərbaycan torpaqlarında türk dilində danışmağa məcbur oldular, bu millətin kimliyini, dilini inkar edə bilmədilər. “Güney Azərbaycan milli hərəkat fəalları yaranmış şəraitdən düzgün yararlanaraq millətimizin milli mənafe və istəklərini bir daha gündəmə gətirdilər. Bu əslində Güney Azərbaycan milli hərəkatının İran adlanan ölkənin siyasi cərəyanlarında Azərbaycan türkünün kimliyinin və milli istəklərinin daha mütəşəkkil şəkildə gündəmə gətirilməsi dönəminə yeni bir başlanğıc oldu”. Sənəddə daha sonra deyilir: “Güney Azərbaycan milli hərəkatının diqqətdə saxlamalı olduğu məqamlardan biri də rejim daxilində getdikcə dərinləşən parçalanma prosesidir və milli hərəkatımız bu proseslərdən də yalnız millətimizin milli maraqlarını əsas tutaraq faydalanmalıdır. Bilməliyik ki, fars molla rejiminin daxilində başlanan ”uçuruma yuvarlanma" prosesi getdikdə dərinləşəcək və hakimiyyət adı altında mafiya sistemini yaradan qüvvələr daha açıq savaşa girəcəklər. Biz Güney Azərbaycan İstiqlal Partiyası bütün milli fəallarımızı tədbirli olmağa, mənasız ixtilafları kənara qoymağa və birliyə dəvət edirik. Ümid edirik ki, birliyimizdən doğan güc əsasında Güney Azərbaycanımızın milli taleyini öz əlimizə alaraq, bağımsız, demokratik bir cəmiyyətdə yaşamağa layiq millət olduğumuzu bütün dünyaya göstərəcəyik". Cavid TURAN musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar