SON XƏBƏRLƏR

KİV: Rubio və Uitkoff Fransada Ukrayna, İran və rüsumları müzakirə edəcəklər

2025.04.16, 10:25
KİV: Rubio və Uitkoff Fransada Ukrayna, İran və rüsumları müzakirə edəcəklər

Amerika Dövlət katibi Marko Rubio və Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff cari həftədə Parisə səfər etməyi planlaşdırırlar.

Gunaz.tv

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Onların Ukraynada münaqişə, İranla qarşılıqlı əlaqə və Amerika prezidenti Donald Tramp tərəfindən tətbiq edilən rüsumları müzakirə edəcəkləri gözlənilir.

S.Uitkoffun Fransa Prezidenti Emmanuel Makronla görüşəcəyi də deyilir. M.Rubio isə Fransa xarici işlər naziri Jan-Noel Barro ilə danışıqlar aparacaq. Ukrayna, İran və rüsumlardan əlavə, gündəlikdə Qəzza zolağı ətrafındakı vəziyyət də olacaq.

Hər iki görüşün dəqiq tarixləri açıqlanmır.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar