SON XƏBƏRLƏR

SAAKAŞVİLİ RADİKAL MÜXALİFƏTÇİYƏ VƏZİFƏ VERDİ

2021.10.20, 07:36
SAAKAŞVİLİ RADİKAL MÜXALİFƏTÇİYƏ VƏZİFƏ VERDİ

Gunaz.tv
Keçmiş xarici işlər naziri Salome Zurabişvili daxili işlər nazirinin müavini olmağa razılaşıb Gürcüstan prezidenti Mixail Saakaşvili müxalifət liderlərindən birinə Daxili İşlər Nazirliyində vəzifə verib. Saakaşvili deyib ki, müxalifət lideri Salome Zurabişvilini daxili işlər nazirinin müavini vəzifəsinə təyin etməyə razıdır. Saakaşvili hakim partiyadan olan millət vəkilləri qarşısında çıxış edərkən deyib ki, "bu gün, yumşaq desək, radikal müxalifətçi Salome Zurabişvili daxili işlər nazirinin müavini olmağa razılığını bildirib". M. Saakaşvili deyib ki, onunla işləyən bəzi şəxslərin bu təklifdən bir qədər sarsıldığı faktına baxmayaraq, məmnuniyyətlə bu təyinatı dəstəkləyir. Gürcüstan prezidenti daxili işlər nazirinin müavini postunu bir neçə gün əvvəl müxalifətə təklif etmişdi. Salome Zurabişvili isə “İmedi” televiziyasına verdiyi canlı müsahibə zamanı bu təklifi qəbul etdiyini bildirib. Zurabişvili Gürcüstandakı “qızılgül inqilabı”ndan sonra Saakaşvili ona xarici işlər naziri vəzifəsi verib. Buna qədər o Fransa vətəndaşı olub və həmin ölkədə yaşayıb. Daha sonra Zurabişvilinin Saakaşvili ilə yolları ayrılıb və o, müxalifətə keçərək partiya yaradıb. Gürcüstanda Saakaşvilinin istefası tələbi ilə iki aya yaxındır davam edən nümayişlərdə Zurabişvilinin partiyası da iştirak edirdi. Müxalifət liderlərindən biri vəzifə alsa da, nümayişlər dayanmayıb. İyunun 15-də Tiflis polis idarəsi qarşısında nümayişçilərlə polis arasında toqquşma olub və 40-a yaxın adam saxlanılıb. DİN-dən verilən açıqlamaya görə, qarşıdurma idarənin qarşısına toplaşanlar arasınddan axtarışda olan 3 nəfəri saxlamaq istərkən yaranıb. Gürcüstan prezidenti onu istefaya çağıranların tələblərini qəbul etmək istəmir, lakin ölkədə vəziyyətin mürəkkəb olması onu məcbur edir ki, müxalifətlə dil tapsın. Bundan əvvəl Saakaşvili müxalifət liderlərindən bir neçəsi ilə danışıqlar aparıb, daha sonra prezidentliyə keçmiş namizəd Levan Qaçeçiladze ilə təkbətək görüşüb. Hər iki halda anlaşma əldə edilməyib. İndiki aksiyalarda əsas aparıcı fiqur keçmiş spiker Nino Burcanadzedir və o, Saakaşvilinin istefasına nail olmaqda qətiyyətlidir. Hakimiyyətin iddialarına görə, onu Rusiya dəstəkləyir. Fərhad Məmmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar