SON XƏBƏRLƏR

İran uranın zəngişlədirilməsinin danışıqlar mövzusu ola bilməyəcəyini bəyan edib

2025.04.16, 13:05
İran uranın zəngişlədirilməsinin danışıqlar mövzusu ola bilməyəcəyini bəyan edib

Uranın zənginləşdirilməsi danışıqlar mövzusu ola bilməz və Amerika İranın nüvə proqramını tamamilə dayandırmaq istəməsi Tehranın qırmızı xəttidir.

Gunaz.tv

Bu iddia ilə İranın xarici işlər naziri Abbas Əraqçi çıxış edib.

"Uranın zənginləşdirilməsi danışıqlar mövzusu ola bilməz." - eyə o bildirib.

Onun bu açıqlaması prezident Donald Trampın İranın nüvə proqramının tamamilə ləğv edilməsini istədiyini bəyan etməsindən bir gün sonraya təsadüf edir.

Əraqçi əlavə edib ki, Vaşinqton daha konstruktiv yanaşmaya əl atsa, danışıqlar irəliləyə bilər.

"Amerikalılar konstruktiv yanaşma ilə gəlsələr, ümid edirəm ki, mümkün razılaşma çərçivəsində danışıqlara başlaya bilərik. Ancaq onlar ziddiyyətli mövqelərinə davam etsələr, çətinliklərlə üzləşəcəyik.” - deyə Əraqçi əlavə edib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar