SON XƏBƏRLƏR

Həmyerlimiz Rusiyada keçirilən boks turnirində erməni rəqibini məğlub edib

2021.10.20, 07:36
Həmyerlimiz Rusiyada keçirilən boks turnirində erməni rəqibini məğlub edib

Gunaz.tv
Fariz Kazımov Karen Tevosyanı əzişdirərək finala vəsiqə qazanıb 22 yaşlı peşəkar boksçu Fariz Kazımov Rusiya peşəkar boksçunun ən parlaq simalarından biri olan Kostya Dzyunun şərəfinə keçirilən turnirin yarımfinal döyüşünə Nijni Tagil şəhərinin təmsilçisi kimi çıxıb. Bu vaxta kimi super yüngül çəkidə Rusiya çempionu olmuş Farizin rəqibi Samara şəhərini təmsil edən erməni Karen Tevosyan olub. Karen Fariz üçün adi prinsipial rəqib idi. Elə bundan ilhamlanan həmyerlimiz artıq ilk raunddan Karenin gözünün odunu alıb. Fariz rəqibi yumruq atəşinə tutub. Bunun müqabilində ora-bura vurnuxan erməni təsadüfi zərbələrə bel bağlayıb. Fariz isə 6 raund Karenə nəfəs almağa imkan verməyərək onu sözün əsl mənasında döyüb. Zala toplaşmış çoxsaylı azərbaycanlı azarkeşlərin gözü önündə Fariz istəyinə 7-ci raundda çatıb. Belə ki, sol əllə endirilmiş zərbədən sonra Karen yerə sərilib. Düzdür, bu zərbədən gicəllənmiş Tevosyan ayağa durub döyüşü davam etdirmək istəyib. Amma Fariz onu ayağa durmağa peşiman edib. Erməninin artıq döyülməsini istəməyən hakim döyüşü saxlamalı olub. Nəticədə peşəkar boksçumuz Fariz Kazımov finala adlayıb. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar