SON XƏBƏRLƏR

İran adlanan eyrdə səslər yenidən sayılacaq

2021.10.20, 07:36
İran adlanan eyrdə səslər yenidən sayılacaq

Gunaz.tv
İran adlanan yerin Konstitusiyanı Müdafiə Şurası prezident seçkiləri ilə bağlı səslərin yenidən sayılması barədə qərar qəbul edib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, mübahisəli bölgələrdə səslər yenidən sayılacaq. Xatırladaq ki, iyunun 12-də İranda keçirilən prezident seçkilərində indiki prezident Mahmud Əhmədinejatın 62,63% səs toplayaraq zəfər qazandığı, onun əsas rəqibi Mirhüseyn Musəvinin isə 33,75% səs topladığı açıqlanıb. İslahatçı namizəd M. Musəvi seçkilərin saxtalaşdırıldığını bəyan edərək nəticələri tanımayıb. Bundan sonra on minlərlə iranlı küçələrə çıxıb. Tehran küçələrində polislə nümayişçilər arasında toqquşmalar baş verib, nəticədə 8 nəfər ölüb. Əlavə edək ki, İran prezidenti M. Əhmədinejat hazırda Şanxay Əməkdaşlıq Təşkilatının Rusiyanın Yekaterinburq şəhərində keçirilən toplantısında iştirak edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar