SON XƏBƏRLƏR

Azәrbaycan Milli Dirәniş Tәşkilatı’nın İran’daki seçkilәrin sonucu, sivil darbә vә fәrqli şәhәrlәrdәki etiraz aksi... (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Azәrbaycan Milli Dirәniş Tәşkilatı’nın İran’daki seçkilәrin sonucu, sivil darbә vә fәrqli şәhәrlәrdәki etiraz aksi... (MÜSAHİBƏ)

Gunaz.tv
Azәrbaycan Milli Dirәniş Tәşkilatı’nın İran’daki seçkilәrin sonucu, sivil darbә vә fәrqli şәhәrlәrdәki etiraz aksiyaları ilә bağlı bildirişi Göznәnildiyi kimi, İran İslam Cumhuriyәti’nin şaibәli vә göstәrmәlik seçkilәri 22 Xurdad (12 İyun) tarixindә gerçәklәşdirildi vә bu sәfәr sandıqlardan sadәcә saxtakarlıq dәyil bәlkә xalqı heyrәtә salan vә siyasi ortamı gәrginlәşdirәn sivil darbә çıxdı. Rejimin ılımlı muhafәzәkar qanadını belә dışlayan aşırı muhafәzәkarların sivil darbәsi bir halda yaşanmaqdadır ki keçәn 30 ildә bütün Fars opzisyonu vә ğeyri Fars millәtlәrin siyasi-milli hörgütlәri bu seçkilәrin mәşru olmadığına tәkid edirdilәr. Ama xalqı sandıq başına çәkmәklә özünü mәşru göstәrmәk istәyәn İslam cumhuriyәti rejiminin propagandaları bir kәz daha yurd içindәki vә dışındaki Fars opzisyonu vә hәtta bәzi ğeyri Fars siyasi-milli axımları yanlışlığa düşürәrәk reformçuların yanına çәkdi. İnsan haqları özәlliklә dә milli mәsәlә qonusunda parlaq bir keçmişә sahib olmayan rejimin reformçu qanadı modern mekanizmalarla seçki hәcәyan vә şovq yaratdı. Reformçular özәlliklә Azәrbaycan’da milli vә ekonomik ayrımcılıq mәsәlәsindәn su-i istifadә etdilәr. Azәrbaycan’da tanınmış vә habelә fәrqli quruluş vә topluluqlara mәnsub olan fәalların çoxunluğu keçmişdәki tәcrübәlәrinә әsaslanaraq seçki kampanyalarına qarışmaqdan imtina edib, “Azәrbaycan Milli Fәallarının koordinasyon Şurası” vә “Azәraycan Xalqının İstәklәrini İzlәmә Komitәsi” kimi sivil quruluşların reformcu adayların milli çıxarlarımıza uyğun atmosfer yaradabilmә kapasitәsinә sahib olmadıqlarını açıqlamalarına rәğmәn, tәssüflәrlә milli hәrәkәtin sahib olduğu medya tribunlarının mәrkәzdәki siyasi axımlara qıyasla olduqca zәif vә az olduğundan dolayı gördük ki Azәrbaycan şәhәrlәrindә reformcu adayların seçim kampanyaları milli hәrәkәtin әdәbiyatına yaxın bir dillә ilәri sürüldü. Belәcә dә seçki hәyәcanı vә propaqandaları sonucunda milli hәhәkәtin xalq içindәki gövdәsinin bir parçası vә hәtta bәzi milli hәrәkәt mәnsubları boş vә mәntiqsiz xәyallara qapılıb yanılqıya düşdülәr. Elә ki bәzi milli hәrәkәt mәnsublarının münfәrid işlәri milli hәrәkәtin tutumu haqqında bәzi şübhәlәrin doğmasına nәdәn oldu. Aşırı muhafәzәkarların sivil darbәsinin ardından İran’da seçki sonuclarına etiraz dalğası getdikcә böyümәkdәdir vә reformcu liderlәr bu dalğa ilә muhafәzәkarları ciddi anlamda sıxışdırmaq istәyirlәr. Bu doğrultuda reformistlәr muhafәzәkar rәqiblәrini alt edәbilmәk üçün Azәraycan’daki yüksәk etiraz vә ayaqlanma potansiyelindәn dә faydalanmaq niyәtindәdirlәr. Seçki hәyәcanı habelә mәrkәzçi siyasi fәallar vә bәzәn hәtta bәzi milli fәlların yanlış alqılamaları vә ğәlәt adres vermәlәrinin nәticәsi olan, Azәrbaycan’daki son günlәrdәki protestolar, Azәrbayca’ın siyasi ortamını bәlli ölçüdә dәyişdirmişdir. Azәrbaycan şәhәrlәrindә baş verәnlәrdәn belә anlaşılır ki fәrqlı görüşlәrә sahib olan vә fәrqli metodlar işlәdәn mәrkәzçi siyasi axımlar Azәrbaycan Milli Hәrәkәti’nin gövdәsini yanlarına çәkib ondan istifadә etmәk istәyirlәr. Bu durumun dәvam etmәsi Azәrbaycan’ın siyasi-milli qәdәrini tәyin edәbilmә haqqı uğrunda mücadәlә verәn Azәrbaycan Milli Hәrәkәti’nin ilkәsәl dәyәrlәrini vә ictimaii sәflәrini mәrkәzçi axımların etkisinin altına çәkәrәk onları mәtndәn kәnara itәlәyәbilәr. Yәqin ki belәnçi bir durum milli mücadәlәmizi xusrana uğratmaq üçün Fars şovenizminin әn qәdim vә başlıca arzularındandır. Aәrbaycan Milli Dirәniş Tәşkiklatı (AMDT) keçәn bildirilәrindә dә ğeyri demokratik vә ğeyri mәşru seçkilәri İran’daki Fars şovenizminin tәmәllәrinin sağlamlaşdırılması vә milli mücadәlәlәri basdırmaq amacına xidmәt edәn vәsilәlәr kimi dәyәrlәndirmişdir. AMDT bu gün dә muhafәzәkar qanadın reformçu qanada qarşı reallaşdırdığı sivil darbәni rejim iç güc çәkişmәsi kimi qiymәtlәndirmәkdә vә hәr iki hakim qanadı da Azәrbaycan’ın milli çıxarları açısından bir dәrәcәdә basğıçı vә uzlaşmaz görmәkdәdir. Bizә görә Azәrbaycan’ın milli-siyasi qüvvәlәrinin bu olaylara qarışması tarixi vә siyasi açıdan Azәrbaycan’daki milli mücadәlәyә ciddi zәrәr verәr vә Azәrbaycan’ın gәnc vә öncül qüvvәlәrinin güvәnlik açısından gәrәksiz vә faydasız ziyanlar görmәsindәn vә milli hәrәkәtin yolundan caymasından başqa heç bir xeyri olmayacaqdır. Biz Azәrbaycan Milli Dirәniş Tәşkilatı (AMDT) olaraq İran 10.cu cumhurbaşqanlığı seçkilәrinin sonucu ilә bağlı Azәrbaycan Milli Hәrәkәti vә Azәrbaycan Öyrәnci Hәrәkәti’nin fәallarını mәntiqә uyğun hәrәkәt etmәyә çağırırıq vә bir daha tәkid edirik ki Tehran mәrkәzli olayların Azәrbaycan’a yayılması Azәrbaycan’daki milli-siyasi mücadәlәmiz üçün olduqca tәhlükәlidir. Biz bu bildiriş yolu ilә bütün şәhәrlәrdәki öyrәnci ve mili dirәniş hücrәlәrini mәrkәzçi etiraz aksiyalarına qatılmamağa çağırırıq vә bildiririk ki Azәrbaycan’daki bütün mücadәlә vә dirәniş hücrәlәrinin çalışmaları Azәrbaycan Türk Millәti vә onun yüksәk ideallarının uğrunda olmalıdır. Azәrbaycan Milli Dirәniş Tәşkilatı / AMDT Mәrkәzi Komitә / Güney Azәrbaycan / 15.06.2009 http://diranish.org/turkce/index.php?option=com_content&task=view&id=247&Itemid=2

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar