SON XƏBƏRLƏR

MİRHÜSEYN MUSƏVİ: “HƏR ŞEYƏ GETMƏYƏ HAZIRAM”

2021.10.20, 07:36
MİRHÜSEYN MUSƏVİ: “HƏR ŞEYƏ GETMƏYƏ HAZIRAM”

Gunaz.tv
Mirhüseyn Musəvi İran adlanan yerin prezidentliyinə namizəd Mirhüseyn Musəvi 12 iyun seçkisində yol verilmiş saxtakarlığa etiraz əlaməti olaraq dünən Tehranın Azadlıq meydanında keçirilmiş izdihamlı mitinqdə çıxış edib. Musəvi prezident seçkisinin nəticələrinin ləğv edilməsini, seçkinin yenidən keçirilməsini tələb edib: “İran xalqının ideyaları uğrunda hər şeyə getməyə hazıram”. Nümayişçilərin “Əhmədi, Əhmədi, 63 faizin hanı?”, “Musəvi, Musəvi, mənim oğurlanmış səsimi geri al”və “Allahu-əkbər” şüarlarının müşayiəti ilə çıxış edən Musəvi seçkidə istifadə etdikləri rəngə işarə edərək deyib: “Yaşıl simvolun yağmalanmasına icazə verməyəcəm. Mən yaşıl bir baharın gəlişinə qədər müqavimət göstərməyə gəlmişəm”. Musəvi vətəndaşları hər hansı zorakılıqdan çəkinməyə, qanuni və sivil yollarla öz tapdanmış hüquqlarını almağa çağırıb: “Biz öz “Allahu-əkbər” şüarımızla qanuni yollarla xalqın tapdanmış hüququnu almalı, bu heyrətləndirici fenomen, sonuncu yalan, saxtakarlıq və fokusçuluq qarşısında dayanmalıyıq”. O, hakimiyyəti prezident seçkisinin nəticələrini ləğv etməyə çağırıb: “Mənim təklifim bu saxta və qarmaqarışıq seçkinin nəticələrini ləğv etməkdir. Əks təqdirdə xalqın hökumətə və rejimə qarşı zərrə qədər inamı qalmayacaq”. İran prezidentliyinə namizəd Mirhüseyn Musəvi tərəfdarlarının 12 iyun seçkisində yol verilmiş saxtakarlığa etiraz əlaməti olaraq dünən keçirdiyi dinc nümayişə silahlı hücum nəticəsində ən azı 8 nəfərin həlak olduğu, onlarla şəxsin ağır yaralandığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar