SON XƏBƏRLƏR

ERMƏNİ SOYQIRIMININ KONQRESDƏ MÜZAKİRƏYƏ ÇIXARILMAMASI ÜÇÜN XÜSUSİ LOBBİÇİLİK FƏALİYYƏTƏ BAŞLAYIB

2021.10.20, 07:36
ERMƏNİ SOYQIRIMININ KONQRESDƏ MÜZAKİRƏYƏ ÇIXARILMAMASI ÜÇÜN XÜSUSİ LOBBİÇİLİK FƏALİYYƏTƏ BAŞLAYIB

Gunaz.tv
Erməni lobbisi bu şirkətləri gizli dəstəkdə günahlandırır ABŞ-ın ən nüfuzlu şirkətləri qondarma erməni soyqırımının konqresdə müzakirəyə çıxarılmaması üçün xüsusi lobbiçilik fəaliyyətə başlayıb. Bu barədə məlumatı açıqlayan «Associated Press» agentliyinin gətirdiyi fatkları həmin şirkətlərin rəhbərliyi də təsdiqləyib. Bu məsələdə Türkiyəyə dəstək verən bir sıra şirkətlər də xüsusi maliyə vəsaiti ayırıb. Abş-ın nüfuzlu «Associated Press» agentliyinin verdiyi xəbərə görə, biri Böyük Britaniya, 4-ü ABŞ silah ixracat şirkəti olmaqla ən məşhur şirkətlər qondarma erməni soyqrımının ölkə konqresində müyzakirəsinə mane olub. Bu məsələdə Türkiyəyə dəstək verən BAE Systems, American Goodrich Corp, Northop Grumman Corp, Chevron, Raytheon CO, United Technologies Corp qanunverici orqanda lobbiçilik fəaliyyətini üzərinə götürərək, adıgedən məsələ ilə yanaşı, iqlim dəyişikliyi, texnoloji araşdırmalar, hibrid texnologiyası üçün bu ilin ilk 3 ayı ərzində 14 milyon dollar vəsait xərcləyiblər. Erməni lobbisi bu şirkətləri gizli dəstəkdə günahlandırsa da, korporasiyalar bunu etiraf etməkdən də çəkinməyib. Türkiyəyə Sikorski tipli vertolyotlar satan United Technologies rəsmi açıqlamasında lobbiçiliklə məşğul olduğunu və qondarma soyqırımın əleyhinə səs vermələri üçün konqresmenləri məlumatlandırdıqlarını bildirib. Bu korporasiya və digər şirkətlər də ölkələrinin Milli maraqları çərçivəsində addım adıqlarını və Türkiyəyə sərmayə qoyduqlarından belə bir qərar verdiklərini diqqətə çatdırıblar. Lobbiçilik fəaliyyətinə maliyyə vəsait ayırdıqları barədə şirkətlər açıqlama verməsələr də, «Associated Press» agentliyi Chevronun buna 6.8 milyon, United Technologies 1.9 milyon, Northrop 2.6 milyon, Raytheon 1.4 milyon, BAE 1.1 milyon, Goodrich isə 542 min 195 dollar vəsait xərclədiyini iddia edir. www.itv.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar