SON XƏBƏRLƏR

İranlı politoloq: nüvə danışıqlarındakı uğursuzluq İran iqtisadiyyatına zərbə vura bilər

2025.04.19, 13:44
İranlı politoloq: nüvə danışıqlarındakı uğursuzluq İran iqtisadiyyatına zərbə vura bilər

İslahatçı qanaddan olan İranlı politoloq Əhməd Zeydabadi Romada baş tutacaq nüvə danışıqlarının ikinci mərhələsində problemlərin ola biləcəyini deyib.

Gunaz.tv

O bu barədə özünün sosial media hesabında yazıb.

O danışıqlar zamanı yaranacaq anlaşmazlıq və problemlərin, tərəflərdən heç biri rəsmi bəyan etməsə belə, mediaya sızacağını bildirib.

Siyasi şərhçi belə bir mənfi xəbərin mediaya sızmasının İran iqtisadiyyatı üçün pis nəticələr verəcəyini, valyutaya və qızılın qiymətlərinə pis təsir edəcəyini bildirib.

O danışıqların alternativinin olduqca riskli və ağlasığmaz olduğunu qeyd edib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar