SON XƏBƏRLƏR

Uitkoff Amerika və İran arasında Romada keçirilən danışıqlardan sonra Qrossi ilə görüşüb

2025.04.19, 22:58
Uitkoff Amerika və İran arasında Romada keçirilən danışıqlardan sonra Qrossi ilə görüşüb

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Vaşinqton və Tehran arasında baş tutan ikinci danışıqlar raundundan sonra AEBA-nın baş direktoru Rafael Qrossi ilə görüşüb.

Gunaz.tv

Bu barədə "Asharq" mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün Romada Oman vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqların ikinci raundu keçirilib.

Ötən həftədə olduğu kimi, amerikalı nümayəndə heyətinə Uitkoff, İran tərəfinə isə xarici işlər naziri Abbas Araqçi rəhbərlik edib.

Texniki səviyyədə aparılacaq məsləhətləşmələrdən sonra danışıqların üçüncü raundu aprelin 26-da keçiriləcək.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar