SON XƏBƏRLƏR

Sanksiyaların qaldırılması İran üçün danışıqların əsas elemenidir

2025.04.21, 12:29
Sanksiyaların qaldırılması İran üçün danışıqların əsas elemenidir

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İranın Birləşmiş Ştatlarla istənilən danışıqlarda əsas tələbi bütün sanksiyaların ləğv edilməsidir.

Gunaz.tv

O bu barədə həftəlik mətbuat konfransında bildirib.

Bəqayi vurğulayıb ki, İran ona qarşı tətbiq edilən bütün sanksiyaları əsassız və qanunsuz hesab edir.

Bəqayi danışıqların mediada yayılan hər hansı konkret təfərrüatını təsdiqləməkdən imtina edərək, onları fərziyyə kimi qələmə verib və belə təfərrüatların ictimai müzakirə üçün nəzərdə tutulmadığını bildirib.

Qeyd edək ki, Donald Trampın birin prezidentliyi dönəmində İranla imzalanmış nüvə sazişindən çıxmasının səbəbi İranın bu razılaşmaya əməl etməməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin ölkədə düzgün təftiş aparmasına imkan verməməsi olub.

Brifinq zamanı Bəqai danışıqların növbəti mərhələsinin yenidən Maskatda keçirilə biləcəyiin bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar