SON XƏBƏRLƏR

Çin ticarət nazirliyi: Tramp adminstrasiyasını razı salmaqla sülhə nail olmaq olmaz

2025.04.21, 14:49
Çin ticarət nazirliyi: Tramp adminstrasiyasını razı salmaqla sülhə nail olmaq olmaz

Çin bəzi ölkələrə Amerika ilə ticarət müqavilələri bağlamamaları barədə xəbərdarlıq edir.

Gunaz.tv

Qeyd edək ki, Çinin bu xəbərdarlığı onlarla Amerika tərəfdaşının tətbiq olunan tariflərdən yaxa qurtarmaq üçün Tramp adminstrasiyası ilə yeni anlaşmalar imzalamağa can atdığı vaxtda baş verib.

"Amerika qarşısında təslimçilik sülh gətirməyəcək və güzəştə getmək heç kəsə hörmət qazandırmayacaq." - deyə Çinin ticarət nazirliyinin sözçüsü bildirib.

"Müvəqqəti mənfəətlər üçün başqalarının maraqlarını qurban vermək qaplanlarla danışıq aparmağa bənzəyir; nəticədə isə hər iki tərəf böyük zərər görür." - deyə nazirliyin açıqlamasında qeyd edilib.

Nazirlik bildirib ki, Çin ölkələrin Amerika ilə ticarət mübahisələrini həll etmək səylərinə hörmətlə yanaşsa da, bu həm də ədlətin və tarixin doğru tərəfində yer almalıdırlar.

Nazirlik Çinin maraqları bahasına sövdələşmələr əldə edən istənilən tərəfə qəti şəkildə cavab veriləcəyini bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar