SON XƏBƏRLƏR

ƏN AZI 8 DİNC NÜMAYİŞÇİ HƏLAK OLUB

2021.10.20, 07:36
ƏN AZI 8 DİNC NÜMAYİŞÇİ HƏLAK OLUB

Gunaz.tv
İran adlanan yerin prezidentliyinə namizəd Mirhüseyn Musəvi tərəfdarlarının 12 iyun seçkisində yol verilmiş saxtakarlığa etiraz əlaməti olaraq dünən keçirdiyi dinc nümayişə silahlı hücum nəticəsində ən azı 8 nəfərin həlak olduğu, onlarla şəxsin ağır yaralandığı bildirilir. nümayişçilər Azadlıq meydanına doğru hərəkət edərkən, saat 20:30-da hökumət qüvvələrinin qəfil silahlı hücumuna məruz qalıblar. Məlumatda bildirilir ki, nümayişçilər “Bəsic”in (hökumət tərəfdarı olan könüllülər dəstəsi) Azadlıq küçəsində yerləşən 117 saylı "Aşura" batalyonu qərargahının damından atəşə tutulub. Azadlıq meydanına yaxın istiqamətdə silahlı motosikletçilər də nümayişçilərə atəş açıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar