SON XƏBƏRLƏR

TEHRAN və İSFAHANDA SEÇKİ ETİRAZLARI SƏRGİLƏYƏN TƏLƏBƏLƏRƏ HÜCUM EDİLİB

2021.10.20, 07:36
TEHRAN və İSFAHANDA SEÇKİ ETİRAZLARI SƏRGİLƏYƏN TƏLƏBƏLƏRƏ HÜCUM EDİLİB

Gunaz.tv
Prezident seçkisində saxtakarlıqlara etiraz edərək iyunun 14-də Tehran Universitetində oturaq aksiya keçirən tələbələr hökumət qüvvələrinin qəfil hücumuna məruz qalıb. silahlı hökumət qüvvələri gözyaşardıcı qazdan, səs qumbarasından istifadə ediblər, daha sonra odlu silahdan atəş açıblar. 15 tələbə müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb, onlarla tələbə həbs edilərək naməlum istiqamətə aparılıb. İsfahan Sənaye Universiteti və Tehran Politexnik (Əmirkəbir) Universitetinin də hücuma məruz qaldığı, prezident seçkisinin nəticələrinə etiraz aksiyası keçirən tələbələrdən bir çoxunun döyülərək bilinməz istiqamətə aparıldığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar