SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ MÜRACİƏTİ

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ MÜRACİƏTİ

Gunaz.tv
Güney Azərbaycan istiqlal partisi GAİP iran adlanan ölkədə seçki oyunları başa çatdı və saxtakar fars faşist rejiminin mahiyəti uzərinə güney Azərbaycan Türk millətinə müraciyət edib . GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ MÜRACİƏTİ Dəyərli millətimiz! Bildiyiniz kimi, iran adlanan ölkədə seçki oyunları başa çatdı və saxtakar fars faşist rejiminin əsil simasını bütün dünya bir daha gördü. Rejimin seçki adı altında başladığı bu prosesin məlum nəticəsi 30 il istismarçı, işğalçı siyasət yürüdən molla hakimiyyətinin yalanlara söykənən mahiyyətini tam çılpaqlığı ilə gِstərmiş oldu. Bu mahiyyəti düzgün dəyərləndirən Güney Azərbaycan milli hərəkatı seçki ِncəsi proseslərdə rejimin saxta seçki oyunlarına "Yox!" dedi və adayların təbliğat yığıncaqların “Haray, haray, mən türkəm!”, “Yaşasın Azərbaycan!”, “Azərbaycan oyaqdır, kimliyinə dayaqdır!” şüarları ilə milli istəklərimizi gündəmə gətirməklə bu istəklərin kütləviləşməsi prosesini gerçəkləşdirdi. Bunun nəticəsidir ki, bu dönəmdə bəzi üzdəniraq prezidentliyə aday olmuş şəxslər Azərbaycan torpaqlarında türk dilində danışmağa məcbur oldular, bu millətin kimliyini, dilini inkar edə bilmədilər. Rejim çox çalışdı ki, Azərbaycan türklərini də bu oyuna çəksin. Rejimə bağlı bəzi quvvələr də əsassız çıxışlarla seçkilərdə iştirakın vacibliyini təbliğ etsələr belə, millətimizin milli iradəsini öncədən planlaşdırılmış istiqamətə yِnəldə bilmədilər və Güney Azərbaycan milli hərəkat fəalları yaranmış şəraitdən düzgün yararlanaraq millətimizin milli mənafe və istəklərini bir daha göndəmə gətirdilər. Bu əslində Güney Azərbaycan milli hərəkatının iran adlanan ölkənin siyasi cərəyanlarında azərbaycan türkünün kimliyinin və milli istəklərinin daha mütəşəkkil şəkildə gündəmə gətirilməsi dönəminə yeni bir başlanğıc oldu . Bütün bu kimi gerçək prosesləri nəzərə alaraq, GAİP bu istiqamətdə çaba gِstərən bütün milli fəallarımızın məsuliyyətli fəaliyyətlərini yüksək qiymətləndirir və faşist rejiminin qarşısına "Bozqurd" simgəsi ilə çıxan və milli iradəmizin möhtəşəmliyini gِstərən milli fəallarımıza minnətdarlığını bildirir. Sayğıdəyər millətimiz! Güney Azərbaycan milli hərəkatının diqqətdə saxlamalı olduğu məqamlardan biri də rejim daxilində getdikcə dərinləşən parçalanma prosesidir və milli hərəkatımız bu proseslərdən də yalnız millətimizin milli maraqlarını əsas tutaraq faydalanmalıdır. Bilməliyik ki, fars faşist molla rejiminin daxilində başlanan "uçuruma yuvarlanma" prosesi getdikdə dərinləşəcək və hakimiyyət adı altında mafiya sistemini oluşduran quvvələr daha açıq savaşa girəcəklər. Mafiyalaşmış siyasi sistemin bir qolunun başında duran Haşimi Rəfsəncani Əli Xameneyini nüfuzdan salmaq məqsədi ilə bir sıra hədələyici oyunların başlanmasına start verdi. Eyni zamanda bu sistemin başında duran Əli Xameneyi isə bunun qarşılığı olaraq öz hərbi və siyasi imkanlarını səfərbər etməklə özlərini islahatçı adı ilə tanıtdıran bütün quvvələri və onların tərəfdarlarını aldatdı və hakimiyyət uğrunda savaşın yeni boyutlarını ortaya qoydu. Bu gün iran adlalnan ölkədə saxtakarlığın qurbanı olmuş insanların "Səslərimizi qaytarın!” şuarları rejim daxildə sarsıdıcı bir dِnəmin yaşandığının gِstəricisidir. Bütün bu proseslərdə Güney Azərbaycan milli hərəkatı, milli təşkilatlarımız və uzaqgörən şəxsiyyətlərimiz cox ayıq olmalı, gedən proseslərə milli mənafe nöqteyi-nəzərindən yanaşmalı və milli savaşımızın qələbəsinə daha güclü təkan verməlidirlər. Biz Güney Azərbaycan İstiqlal Partiyası bütün milli fəallarımızı tədbirli olmağa, mənasız ixtilafları kənara qoymağa və birliyə dəvət edirik. Ümid edirik ki, birliyimizdən doğan güc əsasında Güney Azərbaycanımızın milli taleyini öz əlimizə alaraq, bağımsız, demokratik bir cəmiyyətdə yaşamağa layiq millət olduğumuzu bütün dünyaya gِstərəcəyik. İnanırıq ki, bu istiqmətdə atılaçaq addımlar ِz müsbət nəticəsini verəcək və Millətimizin Bağımsızlıq uğrunda mübarizəsini gercəkləşdirəcək. Güney Azərbaycan İstiqlal Partiyası 13.06.09

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar