SON XƏBƏRLƏR

Obama İranda keçirilmiş prezident seçkisinə münasibət bildirib

2021.10.20, 07:36
Obama İranda keçirilmiş prezident seçkisinə münasibət bildirib

Gunaz.tv
Ağ ev rəhbəri bu seçkinin ölkəsinin İranla münasibətlərində dəyişikliyə səbəb olacağına ümid edir "İranda seçki təbliğatı zamanı gedən güclü debatlar dəyişikliklərin olmasını mümkün edir və bu, Birləşmiş Ştatların Tehranla münasibətləri qaydaya salmaq üçün göstərdiyi səylərin daha da artmasına kömək edə bilər". Bu bəyanatla Birləşmiş Ştatlar prezidenti Barak Obama İrandakı seçkiyə münasibət bildirərkən çıxış edib. Obama İran xalqının yeni imkanlar axtarışında olması faktını alqışlayıb: "Biz İranda gedən qızğın müzakirələrdən çox təsirləndik və əlbəttə ki, mənim Qahirədə çıxışımdan sonra biz dəyişikliklərin mümkün olması barədə açıq siqnallar göndərdik və İrandakı seçkidə məhz İran xalqı düzgün qərar verməlidir. Lakin Livanda olduğu kimi İranda da bu bir həqiqət ola bilər, ona görə ki, insanlar yeni imkanlar axtarışındadır. İranda kiminsə qalib gəlməsi və orada qızğın debatların getməsi faktı bizi ümidləndirir ki, onlarla münasibətləri qurmaq üçün yeni yollar tapıla bilər". Qeyd edək ki, İrandakı prezident seçkisində əsas mübarizə kəskin xətt tərəfdarı Mahmud Əhmədinejadla Birləşmiş Ştatlarla münasibətləri daha da yaxınlaşdırmağı vəd edən Mir Hüseyn Musəvi arasında gedib. Obamanın Ağ evdə çıxış etdiyi bir vaxtda paytaxt Vaşinqtonda yaşayan iranlılar yaradılmış seçki dairələrinə gedərək seçkidə iştirak ediblər. Qeyd edək ki, ümumilikdə bütün Birləşmiş Ştatlar ərazisində təşkil edilən 41 seçki dairəsində 414 min iranlı səs verib. Birləşmiş Ştatlarda yaşayan iranlıların əksəriyyəti ya oranın sakinləri, ya da Amerika vətəndaşıdır. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar