SON XƏBƏRLƏR

SÜNGÜN DAĞINDA ERMƏNİLƏR MİS ƏRİDƏCƏK

2021.10.20, 07:36
 SÜNGÜN DAĞINDA ERMƏNİLƏR MİS ƏRİDƏCƏK

Gunaz.tv
Güney Azərbaycanda faydalı qazıntı hasilatında Ermənistanla əməkdaşlıq qurulur S.SOLTAN Tehran Güney Azərbaycanda təbii sərvətlərin hasilatı işində Ermənistanla iqtisadi əməkdaşlıq qurur. "Mouc" xəbər agentliyi İranın Geologiya və Geoloji-Kəşfiyyat təşkilatı mətbuat xidmətinə istinad edərək bildirib ki, Şərqi Azərbaycan əyalətinin Məsciddağ rayonu ərazisində 300 milyon ton mis ehtiyatı olan yataq aşkar edilmişdir. Qurumun geoloji-kəşfiyyat idarəsiinin direktoru Bəhruz Bərnanın sözlərinə görə, həmin mədəndə azından iki ton qızıl ehtiyatı və başqa minerallar var. İran sənaye və mədən nazirinin dağ-mədən sənayesi üzrə müavini Məhəmməd Məsud Saminijatın sözlərinə görə, 2004-05-ci illərdə 150 milyon ton faydalı qazıntı hasil olunubsa, 2007-08-ci illərdə bu rəqəm 200 milyon tona qədər artıb. Direktor bu göstəricini yetərli saymayıb. O bildirib ki, faydalı qazıntıların illik hasilatı 500 milyon tona çatdırılmalıdır. M.Saminijat vurğulayıb ki, İranda faydalı qazıntı ehtiyatının ümumi miqdarının 57 milyard ton olduğu ehtimal olunur. Tehran rəsmisi xarici şirkətlərin bu yataqlara sərmayə qoymasını və faydalı qazıntı hasil etməsini İran hakimiyyətinin alqışladığını söyləyib. Bu sayaq məsələlərdən isə İran rəsmiləri təbliğat üçün yararlanır. Saminijatın iddiasına görə, ötən il sənayedə artım 8,3 faiz təşkil edib, faydalı qazıntı hasilatı 17,7 faiz artıb. "Bu onu göstərir ki, tətbiq edilən iqtisadi sanksiyalar iqtisadiyyatımıza təsir göstərməyib", - deyə direktor vurğulamışdır. Saminijat faydalı qazıntıların ölkənin hansı bölgələrini əhatə etdiyi haqda məlumat verməyib. Bu işlərə qol qoymaqla Tehran hakimiyyəti ölkə Anayasasının 48-ci maddəsini pozur. Həmin maddədə deyilir: "Əyalətlər səviyyəsində təbii ehtiyatlardan faydalanmaq və milli gəlirdən istifadə etmək məsələsində, həmçinin iqtisadi fəaliyyətin ölkənin müxtəlif məntəqə və əyalətləri arasında bölgüsündə heç bir ayrı-seçkiliyə yol verilmir, hər bir məntəqə öz ehtiyaclarına, inkişaf qabiliyyətinə uyğun olaraq lazımi imkan və kapital əldə edə bilməlidir". İran rəhbərliyi isə öz işindədir, Güney Azərbaycanın təbii sərvətləri bir ucdan talan edilməkdədir. İran milli misəritmə sənayesi şirkətinin baş direktoru Məhəmmədhadi Ərdəbili bildirib ki, başçılıq etdiyi müəssisənin üstünlük verdiyi işlərdən biri Şərqi Azərbaycan əyalətindəki Süngün mis mədənində hasilat layihəsini qısa bir zamanda gerçəkləşdirməkdir. Onun dediyinə görə, Süngün misəritmə kombinatının tikilməsi İranın uyğun sənayesinin vacib layihələrindən biri sayılır. Baş direktor deyib ki, bu layihə 2012-ci ilə kimi başa çatdırılmalıdır. M.Ərdəbili Ermənistanda hasil olunan misin və qarışığının da Süngündə hazırlanacağını vurğulayıb. Sirr deyil ki, Güney Azərbaycan ərazisi faydalı qazıntılarla zəngin ölkədir. Ancaq onun faydasını farsdilli bölgələr görür. Başqa sözlə, Tehran Azərbaycanda hasil etdiyi qazıntıların son məhsulunu ayrı bölgələrdə istehsal edir. Azərbaycanlılar isə iş axtarmaq üçün həmin əyalətlərə üz tutur. Nəticədə Güney Azərbaycanın şəhər və kəndləri məqsədli şəkildə boşaldılır... ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar