SON XƏBƏRLƏR

Azərbaycan alimi ABŞ Bioqrafiya İnstitutunun qızıl medalına layiq görülüb

2021.10.20, 07:36
Azərbaycan alimi ABŞ Bioqrafiya İnstitutunun qızıl medalına layiq görülüb

Gunaz.tv
Əflatun Həsənov eyni zamanda “Beynəlxalq Səfir Ordeni” ilə təltif edilib Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutu kosmik elm və texnologiya, hidrogen energetikası, radiasiya fizikası və kimyası, ekoloji məsələlər sahəsindəki əsərlərinə görə ARDNŞ-nin Ekologiya İdarəsinin rəis müavini, fizika-riyaziyyat elmlər doktoru, professor Əflatun Mürsəl oğlu Həsənovu qızıl medalla təltif edib. ARNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda ABŞ Bioqrafiya İnstitutunun Direktorlar Şurası gizli səsvermə yolu ilə Dünya üzrə bu institutun qızıl medalını alanlar arasından dünya elmində göstərdiyi müstəsna xidmətlərə görə Dünya məşhurlarını “Beynəlxalq Səfir Ordeni” (Order of İnternational Ambassadors) ilə təltif edirlər və statusuna görə həmin medal ABŞ-ın Bioqrafiya İnstitutunun ən yüksək mükafatı sayılır. Professor Əflatun Həsənov bu mükafata da layiq görülüb./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar