SON XƏBƏRLƏR

Nurçular Atatürkə qarşı...

2021.10.20, 07:36
Nurçular Atatürkə qarşı...

Gunaz.tv
MÜXBİRİMİZ NURÇULARIN UNİVERSİTETİNDƏ OLDU Ötən saylarımızda nurçularla bağli məlumatlar vermişdik. Bu təriqətin nümayəndələrinin Azərbaycandakı aşkar-gizli fəaliyyətləri, həmçinin nurçuluğun yaranma tarixi haqda oxucuları bilgiləndirmişdik. Bu mövzuda yazdıqca yeni-yeni məlumatlar alırıq. Vaxtı ilə bu təriqətə qoşulmuş, amma sonradan onlardan canını qurtarmış gənclər redaksiyamıza bir-birindən maraqlı və heyrətamiz məlumatlar verirlər. Əvvəlki yazılarda nurçuların nəzarətindəki təhsil müəssisələri barədə danışmışdıq. “Araz” hazırlıq kursları və Qafqaz Universitetinin bilavasitə onların nəzarətində olduğunu yazmışdıq. Bundan sonra sözügedən universitetdə təhsil alan tələbələr nurçuların fəaliyyəti haqda redaksiyamıza əlavə bilgilər verdilər. Nurçu olmayan tələbələr od püskürür Müxbirimiz bu günlərdə Qafqaz Universitetində olub. Orada bir neçə tələbə ilə görüşüb söhbət edib. Sözügedən universitetin Məsud adlı (ad şərtidir-müəllif) 4-cü kurs tələbəsi nurçular haqda bunları dedi: “Qafqazda tələbələri çox sıxırlar. Bəlkə də bağça uşaqlarına belə təzyiqlər olmur. Məsələn, bizi "nur evləri" deyilən yerlərə dərs oxumağa göndərirdilər. Evə girəndə məlum olurdu ki, burda nurçuluğun təbliğatı aparılır. Evə dəvət etməklə, mehriban münasibət göstərməklə guya bizə yaxşılıq edirdilər, qayğı göstərirdilər. Ancaq tam əksinə, əsas hədəfləri gəncləri özlərinə çəkib tərki-dünya etməkdir". Məsud deyir ki, nurçu olmayan tələbələri imtahanlardan kəsirlər. Təriqətçi tələbələrə isə hər cür şərait yaradılır. Həmsöhbətim maraqlı fikir söylədi: “Əgər nurçular bizi səmimi şəkildə dinə çəkmək istəyirlərsə niyə bunu gizli edirlər, min hiylə qururlar. Demək onların fəaliyyətində gerçəkdən müəmma var. Və bütün bu olanlardan sonra mənim onlara inanmağım qeyri-mümkündür”. “Bizi gəzintiyə çıxmağa belə qoymurlar” Sonra 2-ci kurs tələbəsi Gülnarla (ad şərtidir-müəllif) danışdıq. O dedi ki, baxmayaraq ki, iki ildir burda oxuyur, ancaq nurçuların nə etmək istədiklərinin hələ də anlamır: “Nurçusayağı konfrans təşkil edirlər. Konfransda oturmayanlara proje balı hesablanmır. Bu yaxınlarda qrup uşaqları ilə gəzintiyə çıxmaq istədik. Həmişə olduğu kimi yenə də icazə vermədilər. Sanki bizi cəmiyyətdən uzaqlaşdırmağa çalışırlar. Atdılar nazirliyin üstünə ki, nazirlik icazə vermir. Ancaq bildiyimiz qədəri ilə nazirin o qərarı "Son zəng"lə bağlı olub". 1-ci kurs tələbəsi Aygün də (ad şərtidir-müəllif) deyilənləri təsdiqlədi və bunları əlavə etdi: “Seminarda dərslərlə bağlı slayd göstərirlər. Slaydın başlanğıc və sonunda Fətullah Güləndən və Səid Kürdidən misallar gətirib təbliğatlarını yavaş-yavaş tələbələrin beyninə yeridirlər. Bu proses artıq ənənə halını alıb”. Ötən saylarımızda Qafqaz Universitetinin korpuslarından birinin F hərfi şəklində inşa olunduğunu, daha bir korpusun isə G hərfi formasında tikilmək üzrə olduğunu yazmışdıq. Universitetdə olarkən bu haqda daha dəqiq öyrənmək üçün tikiləcək korpusların planına baxdıq. Planda bir neçə F hərfi (Fətullah) G hərfi (Gülən), T hərfi (Fətllahın və Hizmətin T hərfi), ərəbcə H hərfi (Hizmətin H-ı) açıq-aydın görünür. Qeyd edək ki, həmin plan həm universitetin həyətində, həm də və girişində var. “Araz”ın gizli planları Yazını hazırlayarkən redaksiyamıza özünü Sumqayıtdakı “Araz” kursunun tələbəsi kimi təqdim edən bir nəfər zəng etdi. Kursda uşaqlara qarşı olan haqsızlıqdan danışdı: “Nurçular haqda çox şeyi bildiyim üçün bütöv qrupda antinurçuluğu təbliğ etməyə başladım. Bizim qrupu bağlamaq istəyirdilər. Ancaq etirazımızı görüb dayandılar. Hər həftə bizə "Aləm" jurnalı paylayırdılar. Burada müəllimlər təbliğata varlı-kasıbdan başlayırdılar. Kasıbın haqqını ayaqlamamağı tövsiyə edib şagirdlərin gözündə ədalətli obrazlarını yaratmağa çalışırdılar. Onlar haqda çox danışdığımı bildilər və rəhbərlik mənə hədə-qorxu gəlməyə başladı". Nurçular Atatürkə qarşı Müsahibim dedi ki, nurçuların böyük əksəriyyəti milliyyətcə kürdlərdir: “Mən oxuduğum kursda nurçular bir-iki fincan qəhvə və peçeniya ilə uşaqları öz torlarına salırlar. Onların iç üzlərinə bələd olandan sonra türklərə nifrət etdim. Ancaq sonradan bildim ki, bunlar türk cildinə girmiş kürdlərdir. Abilərimiz hamısı kürddür. Bizlə türkcə, öz aralarında gizli olaraq kürdcə danışdıqlarının dəfələrlə şahidi olmuşam. Bizə Qafqaz Universitetini seçməyimizi deyirdilər. Bir neçə dəfə bizi aparıb universitetlə tanış ediblər”. Müsahibim maraqlı bir məqama da toxundu. Dedi ki, dəfələrlə Atatürklə bağlı nurçularla mübahisəsi olub: “Atatürkü əyyaş, içki düşkünü, İslama düşmən adlandırırlar. Mənə dəfələrlə "ağlını başına yığ, sonra gec olar" təhdidi ediblər". Türkan TURAN musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar