SON XƏBƏRLƏR

Pentaqon: Amerika artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi ola bilməz

2025.04.23, 20:46
Pentaqon: Amerika artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi ola bilməz

Amerika artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi ola bilməz.

Gunaz.tv

Bu barədə Amerikanın müdafiə naziri Pit Heqset Pensilvaniya ştatının Karlayl şəhərində yerləşən Amerika Quru Qoşunları Kollecində çıxışı zamanı bildirib.

“Birləşmiş Ştatların Avropa təhlükəsizliyinin yeganə zəmanətçisi olduğu dövr artıq keçmişdə qalıb. Əslində, bu, çoxdan baş verməli idi. Avropa hərbi baxımdan fəallaşmalı və liderliyi üzərinə götürməlidir”, - Pentaqon rəhbəri qeyd edib.

O vurğulayıb ki, Amerika NATO üzrə Avropa müttəfiqlərindən hərbi xərcləri ÜDM-nin 5 faizi səviyyəsinə qədər artırmağı tələb edəcək: “Mövcud təhdidləri nəzərə alsaq, hərbi xərclərə ayrılan ÜDM-nin 2 faiz kifayət deyil”.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar