SON XƏBƏRLƏR

Tehranda müxalifətçilərin mitinqi dağıdılıb

2021.10.20, 07:36
Tehranda müxalifətçilərin mitinqi dağıdılıb

Gunaz.tv
Seçkinin ilkin nəticələri açıqlandıqdan sonra islahatçı namizəd Mir-Hüseyn Musəvinin tərəfdarları küçələrə çıxıb Tehranda İran prezidentliyinə islahatçı namizəd, sabiq baş nazir Mir-Hüseyn Musəvinin tərəfdarları mitinq keçirib. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında keçirilən aksiya polis əməkdaşları tərəfindən dağıdılıb. Hadisə İran paytaxtının mərkəzindəki meydanda baş verib. Mir-Hüseyn Musəvinin seçki qərargahı da orda yerləşir. Polis əməkdaşları, öz namizədinin lehinə şüarlar səsləndirən kütləni MSK Mahmud Əhmədinejatın seçkilərdə inamlı qələbəyə yaxın olması ilə bağlı məlumatından sonra dağıdıb. Tehran rəhbərliyi seçkilərin rəsmi nəticələri elan edilənədək çoxlu sayda adamların bir yerə toplaşmasını qadağan edib. Bu arada isə Mahmud Əhmədinejatın əllərində bayraqlar və şamlar olan tərəfdarları seçkidəki qələbəni ölkə paytaxtındakı bulvarda qeyd edir. Ən son məlumatlara görə, Mahmud Əhmədinejat səslərin 67,07, onun əsas rəqibi Mir-Hüseyn Musəvi isə 30,34 faizini toplayıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar