SON XƏBƏRLƏR

MÜSAVAT RƏSMİSİ İLHAM ƏLİYEVİN JESTİNİ HAQLI SAYIR

2021.10.20, 07:36
MÜSAVAT RƏSMİSİ İLHAM ƏLİYEVİN JESTİNİ HAQLI SAYIR

Gunaz.tv
Qabil Hüseynli: “Dövlət başçısının görüşdən imtina etməsi Qordonun İrəvanda qondarma “soyqırım” abidəsini ziyarət etməsidir” Azərbaycanın dövlət başçısı İlham Əliyevin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Flip Qordonla görüşməsi ekspertlər arasında fərqli yozumlara yol açıb. Bir sıra siyasi ekspertlər Qordonun İlham Əliyev tərəfindən qəbul edilməməsinin kökündə qonağın Obama adminstrasiyasının demokratiya tələbinin dayandığını iddia edirlər. Bildirilir ki, prezident iş başında olmayıbsa belə, marağında olsaydı, Qordonu başqa yerdə də qəbul edə və ya səlahiyyətli simalardan biri kimi Ramiz Mehdiyevlə görüşü təşkil oluna bilərdi. Bunların olmamasının isə tək səbəbi var-Qordon Bakıya konkret təkliflər paketi ilə gəlibmiş. Təkliflər paketində xarici radiostansiyaların fəaliyyətinin bərpası, həbsdə olan jurnalistlərin azadlığa buraxılması, demokratik təsisatlara normal fəaliyyət imkanlarının yaradılması kimi hakimiyyəti qıcıqlandıran məsələlər də var imiş. Müsavat Partiyası başqanının müavini, politoloq Qabil Hüseynli isə hesab edir ki, İlham Əliyevin Filip Qordonu qəbul etməməsi ABŞ-a arxa çevirmək deyil: “Qarşıda beş ölkə başçısının (Barak Obama, Dimitri Medvedyev, Nikola Sarkozi, İlham Əliyev, Serj Sərkisyan)Moskva görüşü dayandığı bir vaxtda Obamanın nümayəndəsinin İrəvanda qondarma "erməni soyqırımı" abidəsini ziyarət etməsinə nə ehtiyac var idi. İlk addımında ermənipərəst olduğunu isbatlayan bir şəxs Dağlıq Qarabağ probleminin həlli kimi məsələlərdə obyektiv olacağını proqnozlaşdırmaq çətin idi. Məncə, Azərbaycan prezidenti ilə Qordonun görüşünün baş tutmamasında başlıca səbəb onun İrəvanda qondarma “soyqırım” abidəsini ziyarət etməsi olub. Azərbaycan tərəfi də ola bilsin ki, Qordonun bu addımından sonra protokola dəyişikliklər edib. Azərbaycan prezidentinin bu jesti ABŞ-a arxa çevirmək yox, Filip Qordonun personasına etiraz kimi qəbul edilməlidir. Çünki Qordon diplomatik münasibətlərdəki tarazlıq prinsipini kobud pozub". Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Qordonla Əliyevin görüşünün protokolda əvvəlcədən nəzərdə tutulub-tutulmadığını dəqiq bilmədən məsələyə münasibət bildirmək doğru olmazdı: “Protokol barədə ciddi məlumatım yoxdur. Niyə görüşmədiyi, əgər görüş protokolda nəzərdə tutulmuşdusa, niyə təxirə salınıb kimi suallarla bağlı hazırda yalnız fərziyyələrlə fikir bildirmək mümkündür. Bilirsiniz ki, Ermənistanda müxalifət liderləri ilə də görüşmüşdü bu adam. Ancaq Azərbaycanda müxalifətlə də görüşmədi. Bu da müzakirə predmetinə çevrilə biləcək məsələlərdəndir. Protokolu bilmədiyim üçün ciddi yozumlar irəli sürmək istəməzdim”. Etibar SEYİDAĞA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar