SON XƏBƏRLƏR

Arif Kəskin “Onlar da Ahmədinejad kimi iranın bir nüvə gücü olmasını istəyirlər” (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Arif Kəskin “Onlar da Ahmədinejad kimi iranın bir nüvə gücü olmasını istəyirlər” (MÜSAHİBƏ)

Gunaz.tv
Türkiyə Beynelxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin İran üzrə analiktiki Arif Kəskinin bu ay İrandakı keçiriləcək prezident seçkiləri ilə bağlı Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi. Arif bəy iyun ayının 12 də İran İslam Respublikasında gözlənilən prezident seçkilərini oxucularımız üçün dəyərləndirmənizi istərdik. 1979 cu ilinə qədər şahlıq üsulu ilə idarə edilən İran İslam inqilabından sonra Cumhuriyyət rejimini qəbul etmişdir. İran Konstitusiyasında siyasi sisitem “ İslam Cumhuriyyəti” olaraq adlandırılmışdır. Bu vəsilə ilə prezident qurumu İran tarixində ilk dəfə 1979- cu il İran inqilabının nəticəsi olaraq Konstitusiyada yerini almışdır. 1989-cu ildə dəyişdirilən Konstitusiyada prezident vəzifəsinə vacib səlahiyyətlər verilmişdir. İran da prezidentliyin müddəti 4 ildir. xalqın səs vermə yolu ilə seçilən prezident iki dəfədən artıq seçilə bilməzdi.Konstitusiyaya görə namizədlər siyasi və dini kimliyi ilə tanınımış insanlar içində olmalıdır.Bu vəziyyəti müəyyən edən isə konstitusiyanı qoruyucular birliyinə ( Şuray- e Neghban ) aiddir. AAK seçimin üsuluna uyğun keçdiyini təsdiq etdikdən sonra prezidentə öz səlahiyyətlərinin icrası vəzifəsin verilir. Bu qərar dini lider tərəfindən verilir. Prezident vəzifəsinə 1989 –cu ildə edilən dəyişiklik nəticəsində səlahiyyəti artırılsada dini liderin qərarı əsasında dövlət mexanizminə gətirilə bilər. Dini lider ilə prezidentin fərqli siyasi proqram ortaya qoyduqda prezident ya vəzifəsindən uzaqlaşdırılır ya da zərərsizləşdirilir.Tehran da inqilabdan sonra siyasi meydanda dini lider ilə prezident arasında problemlər meydana çıxmışdır. Dini lider və prezident qarşıdurmasının ilk qurbanı 1979- cu il İran İslamın inqilabından sonra ilk prezident Əbül Həsiən Bənisədr. 1981-ci ildə Bənisədrdən sonra hakimiyyətə gələn Recai sui-qəsd nəticəsində öldürülmüşdür. Recaidən sonra seyid Əli Xumeyni üst-üstə 2 dəfə (1981-85, 1985- 89 ) prezident vəzifəsini icra etmişdir. 1989-cu ildə Xumeyinin ölmündən sonra Uzmanlar Məclisi ( Məslisi Xobreqan ) tərəfindən dini lider olaraq seçilmişdir. Ondan sonra hakimiyyətə Əli Əkbər Haşimi Rəfsəncani fars silli olan Rəfsəncani Kirvan əyalətinin zəngin torpaq sahiblərindəndir.1989-cu ildən sonra o iki dəfə prezident seçilmişdir 1997-ci ildən 23 may da hakimiyyətə seyid Məhəmməd Hatəmi gəlmişdir. Rəfsəncani prezidentliyi Xatəmiyə buraxdıqdan sonra Məsləhət Şurasına rəhbər gətirilmişdir, və hələdə vəzifəni icra edir. Hatəmi iki dəfə prezident seçildikdən sonra hakimiyyətə Ahmedi Nejat gəldi. İrandakı prezident seçimlərini islahatçı və mühafizəkar baxımından dəyərləndirməsi düzgün deyil. Bu seçim əsrində mühafizəkarların özlərinin daxili parçalanması və mühafizəkarların daxili çəkişməsinin nəticəsidir. Seçkilərdə mühafizəkarların bir hissəsi islahatçılarla ittifaqa girmiş bir hissəsi isə Ahmedi Nejadın ətrafında birləşmişdir. 1980-ci ildən sonra İran dövlət sistemi içərsində adətlənmiş sağ və sol və ya islahatçı və mühafizəkar birliklərin ayrılma modelini qırmış ve yeni bir sistemin meydana çıxması ilə nəticələnmişdir. Bu yeni olan mühafizəkar və islahatçıların ittifaqının yeni mərhələsidi. Mühafizəkar və islahatçıların ittifaqının nə qədər gedəcəyi sual altındadı. Çünki bu ittifaq düşüncəli bərabərlikdən daha çox “ Ahmedi Nejat Tehlüksəsi” olaraq adlandırılan qorxuya yönəlmiş bir davranışdır. Seçkinin nəticəsi də bu ittifaqin gələcəyini müəyyən edə bilər. Ahmedi Nejatın qələbə çalması bu ittifaqı dərinləşdirə bilər. Sistem daxili çatışma daha da alovlana bilər. Sistemin daxili çatışmasına, cəmiyyəti də səfərbər eməyi bacardığını söyləmək mümkündür. Küçələrdə böyük həyacan hökm sürür. Cəmiyyət çox aşkar şəkildə bölünmüş və parçalanmış bir vəziyyətdəir. Mir Hüseyn Müsəvi cəmiyyətin şəhərli, savadlı və orta sinifini səfərbər etməyə çalışırkən Ahmedi nejat isə kəndliləri, yoxsul təbəqəni alovlandırır. Bir neçə gün əvvələ kimi Musəvidən çox geridə olan Ahmedinejad yüksəlməyə başlamışdır. Ahmedinejad hələ də Musəviyə çatmasa da asan məğlub olmayacağı görsənir. Mir Hüseyn Musəvi, xalqın seçkilərdə iştirakı böyük olarsa qalib gələ bilmə şansı böyükdür. Lakin bunun əksi olarsa Ahmedinejad yenidən qalib gələ bilər və ya gətirilə bilər. Əgər seçimlərdə Əhməd Nejat məğlub olarsa və onun yerinə gələn yeni prezident İranın xarici siyasi kursunda dəyişiklər edəcəyini,xüsusi ilə Amerika ilə münasibətləri normallaşması və Nüvə silahının inkişafının dayanması ilə bağlı nəsə irəlləyiş gözləmək olarmı? Ahmedinejad yerinə gələn prezident İranın dünya ilə olan münasibətini düzəltmək istəyə bilər. İranın qonşuları ilə daha yaxşı münasibət qurmaq istəyə bilər. Xüsusi lə Amerika və nüvə məsələsində nə eliyə bilcəyi mübahisəli bir məsələdir. Çünkü bu mövzularda təyin edici güç prezident deyil. Xamneyidir. Xamneyi bu gün qərblə anlaşmaq istəmir. Başqa bir zaviyədən də bağarsaq bütün namizədlər İranın nüvə silahına sahib olmasi dəstəkləyirlər. Onlar da Ahmədinejad kimi iranın bir nüvə gücü olmasını istəyirlər. Ancaq onlar deyillər bu işi daha yumuşaq bir dil ilə götürülsün. Dünya qorxutulmasın. Saldırqan bir üsluba ilə bu işlər irəli aparılmasın. Başqa bir sözlə ifadə edərsək onlar qərb dünyasıyla bu qədər gərginliyin doğru olmadığını düşünürlər. Ahmedinejad yerinə gələn prezident bir az gərginliyi azaltmaq istəyə bilər ancaq bu problem bu asanlıqla həll olunacaq bir məsələ deyil. Qərb və İran münaqişəsi seçkilərin kimin qazanmasından aslı olmayaraq yenə davam edecəkdir. Ancaq bu münaqişənin böyüklüyü və kiçikliyi fərqli olsa da. Ümumiyyətlə seçimlərdə Azərbaycanlı əsilli namizədlərin iştirak etməsi və seçki marafonunda Azərbaycan faktorunun ortaya gətirilməsi,Milli Hərəkata nə kimi təsir edə bilər? İrandaki cümhurbaşkanlığı seçkiləri Güney Azərbaycan Milli Hərəkəti zaviyəsindən baxıldığında bir dönüm nöqtəsi olduğunu söylərsək xəta olmaz. Bir dönüm nöqtəsi olduğuna dair ümumi bir qənaətin olduğu da aşkardır. Bu qənaet fəqət milli fəallarda deyil İran ilə bir şəkildə maraqlanan insanlar və qurumların da qənaeti bu istiqamətdir. Bu dönəmin ən önəmli milli hərəkatı toplumsal və səfərbərlik gücü olan bir hərəkət olduğunu açıq aşkar isbat etdi. Güneydə yaşanan hadisələr, Milli söyləmin (gofteman) ümumiləştiyini, səfərbərlik gücünün davamlılıq qazandığını, Azərbaycan toplumun milli duyarlılığın (hissayyət) siyasiləştiyini və milli hissasiyətin iqtisadi və ictimai duyarlılıqdan da üstün olduğu və güney Azərbaycan siyasi sürəcin təyin edici əsas amillərdən biri olduğunu göstərmişdir. Son hadisələr Güney Azerbaycanda bir tərəfdə milli hərəkat digər tərəfdə isə İran İslam Cümhuriyyəti olduğunu açıq göstərmişdir. Bu iki gücün xaricində üçüncü bir siyasi axım, hərəkat və sürəç olmadığı açıqca bəlli olmuşdur. Bu günkü hadisələr, Xordad hadisəsinin yanıqları (inkas) daha böyük olmuşdur. Çünkü, Xordad hadisəsi gerçəkleşdiyi zaman analizcilərin çoxu bunun tək, davamı olmayan ve süreklilik daşımayan bir olay olduğunu iddia edirdilər. Azərbaycanlıların İran içində integrə olduğu fikri çox yaygın idi. Hətta bəzi yorumcular milli məsələsi olmadığını dilə getirirdilər. Xateminin danışığının arxasınca ortayaya çıxan mənzərə Azərbaycanın çox fərqli bir nöqtədə olduğunun göstərmiş və bir cox təhlilçinin baxışının deyişməsi ilə nəticələnmişdir. Qurumlaşmış bir tarixi yanlışlığın dağılmasına səbəb olmuşdur. Qurumlaşmış bu tarixi yanılqı fəqət yabancılarda deyil bir çox milli fəallar da var idi. Onlarda milli hərəkatın səfərbərlik potansiyalını ciddiyə almırdılar. Bu ilki yaşananlar milli hərəkatimizda əksikliyini hiss edilən özgüvənin problemi az da olmuş hell etdi. Milli hərəkat özünü, zərfiyyətini, imkanlarını və səfərbərlik və birlikdə hərəkat etmə qabiliyyətinin yüksək olduğunu gördü. Bu da milli hərəkat önəmli dərəcədə milli öz güvən verməyə səbəb olacaq kimidir. Ayrıca İran rejimi milli herekati əmniyyəti metodlar ilə bastıra bilməyəcəğini görmüş oldu. Xordad hadisənin arxasınca gələn sərkub (bastırma) siyasətinin heç bir nəticə vermediyi belkə tam tərsinə milli hərəkatın daha böyüməsinə nədən olduğu görsənmişdir. Üstəlik milli hərəkat seçkin (elit) hərəkatı olmadığı üçün liderlərinin tutulması və ya əməl imkanı tapmaması, fəaliyyətini durmasına səbəbiyyət vermir. Söhbətləşdilər: Elnur Eltürk,Vüsal Mehdiyev

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar