SON XƏBƏRLƏR

Amerikalı senator İranın nüvə obyektlərinə zərbə endirməyi təklif edir

2025.04.24, 12:52
Amerikalı senator İranın nüvə obyektlərinə zərbə endirməyi təklif edir

Amerika senatoru Con Fetterman Tramp administrasiyasını İranla nüvə danışıqlarından imtina etməyə və bunun əvəzinə ölkənin nüvə obyektlərini məhv etmək üçün hərbi zərbə endirməyə çağırıb.

Gunaz.tv

"Washington Free Beacon"a verdiyi müsahibədə Fetterman qətiyyətli hərbi əməliyyatların tərəfdarı olduğunu söyləyib. O, İranla onilliklər ərzində regionda sabitliyi pozan danışıqların nəticəsiz olduğunu bildirib.

“Siz heç vaxt belə bir rejimlə danışıqlar apara bilməyəcəksiniz... və indi bizim İranın nüvə obyektlərinə zərbələr endirmək və məhv etmək üçün inanılmaz bir şansımız olduğuna inanıram.” - deyə o bildirib.

Fetterman, İrana hərbi hücumun regional müharibəyə səbəb olacağı ilə bağlı xəbərdarlıq edən xarici siyasət ekspertlərinin narahatlığını rədd edərək, Hizbullah, Həmas və Husilərin iştirak etdiyi son münaqişələr ekspert proqnozlarının çox vaxt qeyri-dəqiq olduğunu sübut sübut etdiyini deyib.

"İllər əvvəl Trampın İranla olan nüvə razılaşmasından niyə geri çəkildiyi anlaşılan idi. Ancaq bu gün Trampın bu xəstə rejimlə niyə danışıqlar apardığını anlaya bilmirəm. Danışıqlar 30 min funt-sterlinqlik bombalardan və İsrail Müdafiə Qüvvələrindən ibarət olmalıdır." - Fetterman deyib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar