SON XƏBƏRLƏR

1 milyard dollar Neft qazancının nə olduğu haqında açılan pərvəndə bağlanmayıb

2021.10.20, 07:36
1 milyard dollar Neft qazancının nə olduğu haqında açılan pərvəndə bağlanmayıb

Gunaz.tv
İran adlanan yerin Hesablama Palatası bu ölkənin dövlət televiziyasının üçüncü kanalına məktub ünvanlayıb. Hesablama Palatasının məktubunda Əhmədinejadın iddiasının doğru olmadığı bildirilir. məlumata görə,Bir neçə ay öncə İran adlanan yerin parlamentinin Hesabat Tribunalı 1 milyard dollarlıq neft gəlirinin yoxa çıxması, pulun dövlət xəzinəsinə köçürülməməsi barədə hesabat yaymışdı. Həmin məsələ hökumətə qarşı tənqidlərin şiddətlənməsinə səbəb olmuş, müxaliflər prezidenti cavabdeh sayaraq məsələyə aydınlıq gətirilməsini tələb etmişdilər. "Nəzərinizə çatdırılır ki, prezidentliyə namizəd Mahmud Əhmədinejad iyunun 10-da axşam saat 22:45-də həmin kanal vasitəsilə yayımlanan verilişdə çıxışı zamanı bildirib ki, 2006-cı il dövlət büdcəsindən "itmiş" 1 milyard dollarla bağlı məsələ qapanıb. Hesablama Palatası bunu təkzib edir və bildirmək istəyir ki, hazırda həmin iş Hesablama Palatasının İqtisad Məhkəməsində baxılmaqdadır. İş baxılması üçün Ali Məhkəməyə göndəriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar