SON XƏBƏRLƏR

Diasporamız Belçikada möhtəşəm tədbir keçirtdi

2021.10.20, 07:36
Diasporamız Belçikada möhtəşəm tədbir keçirtdi

Gunaz.tv
Limburq Azərbaycan Belçika Dostluq Cəmiyyəti və Doğuş yararının birgə təşkilatçılığı ilə Azərbaycan xalq folkunun incisi olan “Milli Rəqs Gecələri” keçirildi. Tədbirin əsas devizi “Bir Millət İki dövlət” əbədi müttəfiqdir və qardaşdır adı altında keçirildi. Tədbirdə Azərbaycan və Türkiyə türkləri fəal iştirak ediblər. Tədbir Gazino Beringen adlı yerdə baş tutdu. Salonda Azərbaycan,Türkiyə,Belçikanın bayraqları asılmışdı. Milli rəqslərin sədaları altında keçirilən tədbir insanları çoşdurdu. Tədbirin keçirilməsində böyük əməyi olan Limburg Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı Ayhan Dəmirci Bakı Strateji Araşdırmalar Mərkəzinə bildirib ki, belə bir tədbirlərin keçirilməsi Azərbaycan diasporasının bir araya gəlməsinə və ölkəmiz haqqında geniş məlumatların artmasına səbəb olur. Bu gün Azərbaycan türklərinin dərin milli mənəvi sərvəti var. Bunun geniş və sistemli formada avropada tanıldılmasına böyük ehtiyyac var. Bunun hamılıqla bərabər və gücümüz çatdığı qədər belə bir tədbirlərin keçirilməsinə çalışmalıyıq. Hollandiyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür Mərkəzinin başqanı İlhan Aşkın isə Avropada bu cürnü milli tədbirlərin keçirilməsi böyük bir effekt verdiyini və xüsusi ilə soydaşlarımızın bir araya gəlməsində mühum rol oynayır. Bu da yeni yeni ideyaların ortaya çıxmasına səbəb olur. Nəticə belə bir tədbirləin həyata keçməsinə səbəb olur. Təbdirin digər özəlliyidə ondan idi ki,avropanın fəal diaspor liderləri və Azərbaycan,Türkiyənin diplomaltları iştirak edirdi. Xüsusi ilə Türkiye Cümhuriyyəti Brüssel Büyükelçisi Fuat Tanlay, onun xanımı Yelda Tanlay, Sofiya Səfirəsi Nilgün Gücük Brüssel Başkonsulu,Mehmet Poroy xanımıi Ayşe Poroy, Anvers Başkonsolsu Ahmet Arda, Azərbaycan Cümhuriyyəti Brüssel Büyükelçiliği Birinci Katibi Ayaz Gocayev, Katib Toğrul Məlikov, Samid Ağayev, Belçika Federal Milletvekili Hilal Yalçın, Hollanda Türk Azerbaycan Kültür Derneği Başkanı İlhan Aşkın,Muharrem Ateş, Azərbaycan işadamları Araz Muğanlı, Doğuş Dərnəği Başkanı Nurten Caz, Başkan yardımcısı Şükriye Zevne, Musiqi Klub Başkanı İsmail Erdoğdu, AIMME Başqanı Esma Caner, Türkiyədən qonaq olan gələn Prof. İlyas Küçükcan, Belçika Xəbər Xalq Əlaqəələri Müdirəsi Zerrin Aydın, sivil toplum təmsilciləri iştirak edirlər. Azərbaycan Belçikada səfiri Emin Eyyubovun tədbiri keçirilməsi iə bağlı təbrik məktubu alqışla qarşılandı. Bakı Strateji Araşdırmalar Mərkəzi olaraq Azərbaycan-Belçika Dostqluq Dərnəyinin başqanı Ayhan Dəmirçini və tədbirin keçirilməsində xidməti olan şəxsləri təbrik və uğurlar arzu edirik.Elnur Eltürk beçikahaber . baksam

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar