SON XƏBƏRLƏR

İran adlanan yerdə seçkilər Əhmədinejadın xeyrinə saxtalaşdırılıb

2021.10.20, 07:36
İran adlanan yerdə seçkilər Əhmədinejadın xeyrinə saxtalaşdırılıb

Gunaz.tv
İyunun 12-də İranda keçirilmiş prezidenti seçkilərində hazırkı prezident Mahmud Əhmədinejad qalib gəlib. Səsvermənin başa çatması və seçki məntəqələrinin bağlanması barədə rəsmi məlumat verildikdən sonra Əhmədinejadın seçki qərargahı qələbəsini elan edib. İlkin məlumatlara görə, M. Əhmədinejad seçicilərin 65 faizinin səsini alıb. Onun əsas rəqibi, islahatçı Mirhüseyn Müsəvi isə 32 faiz səs qazana bilib Mərkəzi Seçki Komissiyasının sədri Kamran Daneşco seçkilərdə 35 milyon seçicinin iştirak etdiyini bildirib. Bu isə ümumi seçicilərin sayının 75-80 faizi deməkdir. Qeyd edək ki, namizədlərdən birinin ilk turda qalib gəlməsi üçün seçicilərin 50 faizinin səsini alması tələb olunurdu. Artıq M. Əhmədinejad da seçkilərdə qələbə qazandığını rəsmi elan edib. Lakin Mirhüseyn Musəvi seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirib və seçkilərdə özünün qalib gəldiyini söyləyib. O, seçici fəallığının yüksək olduğunu bildirib, səsvermə müddətinin uzadılmasına baxmayaraq, bütün seçicilərin səsvermədə iştirak edə bilmədiyini vurğulayıb. Dünən səsvermə başa çatdıqdan sonra Tehran küçələrində nəticələrlə razılaşmayan Musəvinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Ölkədə yarana biləcək gərginliyin qarşısını almaq üçün İran rəhbərliyi seçkilərinin nəticələri rəsmi elan olunana qədər etiraz aksiyalarını və küçə yürüşlərini qadağan edib. Azərbaycanda yaşayan İran vətəndaşlarının əksəriyyəti isə prezidentliyə namizəd Mir Hüseyn Musəviyə səs verib. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib. Onun sözlərinə görə, seçkilərdə 1430 nəfər iştirak edib ki, ümumi səslərin 1418-i etibarlı, 12 səs isə etibarsız hesab olunub. Son nəticəyə görə 1149 səslə prezidentliyə namizəd Mir Hüseyn Musəvi qələbə qazanıb. Nəticələrə əsasən, digər namizədlər Mahmud Əhmədinejad 217 səs, Mehdi Kərrubi 28 səs, Möhsün Rezayi isə 24 səs qazanıb.ria

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar