SON XƏBƏRLƏR

İran adlanan yerdə səyyar seçki qutusuna hücum

2021.10.20, 07:36
İran adlanan yerdə səyyar seçki qutusuna hücum

Gunaz.tv
Bu gün(12 iyun) prezident seçkilərinin keçirilməsi zamanı İranda naməlum şəxs səyyar seçki qutusuna hücum edib. Bu barədə İranın polis rəis müavini Əhmədrza Radan bildirib. MEHR agentliyi xəbər verib. O bəyan edib ki, naməlum şəxs seçki qutusunu bıçaqla açmağa cəhd edib. Lakin polis tərəfindən saxlanılıb. Radanın sözlərinə görə, bu, hazırda prezident seçkilərinin keçirilməsi zamanı qeydə alınan yeganə pozuntu faktıdır. Polis qanun çərçivəsində müxtəlif aksiyaların keçirilməsinin qarşısını almayacaq. "Seçkilər çərçivəsində mümkün provokasiyaların və pozuntu hallarının qarşısının alınması istiqamətində ciddi tədbirlər görülüb", - deyə Radan qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar