SON XƏBƏRLƏR

Əli Xamenei Amerika ilə istənilən razılaşmanın müvəqqəti ola biləcəyinə işarə verib

2025.04.25, 13:09
Əli Xamenei Amerika ilə istənilən razılaşmanın müvəqqəti ola biləcəyinə işarə verib

İranın ali lideri Əli Xamenei cümə axşamı günü Amerika ilə istənilən potensial razılaşmanın qısamüddətli ola biləcəyinə işarə edib.

Gunaz.tv

İran lideri məsələ ilə bağlı ənənəvi üslubundan istifadə edərək, İslam dinindən misal gətirərək fikir bildirib.

"İmam Həsən Müctəba Müaviyə ilə sülh bağlayan zaman bəzi insanlar şikayət və etirazlarla çıxış etdilər. İmam buyurdu: "Müvəqqətidir... bidət və riyakarlığın bu hökmranlığı daimi olmaq üçün nəzərdə tutulmayıb." - deyə Əli Xamenei bildirib.

Onun bu sözləri şərhçilər tərəfindən Amerika ilə danışıqlar müvəqqətidir kimi, başa düşülüb.

O, həmçinin Tramp administrasiyası ilə davam edən danışıqlara birbaşa istinad etmədən bölünmə və etirazlara qarşı xəbərdarlıq edib.

"Qüsurlarımız - bəzən boş danışmağımız, bəzən kömək etməməyimiz, lüzumsuz etirazlarımız, səbirsizliyimiz, səhv təhlillərimiz danışıqlara (mənfi) təsir edə bilər" deyə o bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar