SON XƏBƏRLƏR

Soyqırım və erməni təcavüzü

2021.10.20, 07:36
Soyqırım və erməni təcavüzü

Gunaz.tv
Mahmud Kaşğari Fondu müsabiqə elan edir Mahmud Kaşğari adına Beynəlxalq Fond qələm adamlarını həvəsləndirmək məqsədilə "Soyqırım və erməni təcavüzü" mövzusunda müsabiqə elan edir. Müsabiqəyə Azərbaycan xalqına qarşı törədilən soyqırım və erməni təcavüzü ilə bağlı kitablar təqdim olunur. Qalibləri münasiflər heyəti müəyyən edəcək. Münsiflər heyətinə AMEA-nın müxbir üzvü Nizami Cəfərov, millət vəkili Qənirə Paşayeva, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, Mahmud Kaşğari adına Beynəlxalq Fondun icraçı direktoru Elxan Zal və "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Səlim Babullaoğlu daxildi. Dünən bununla bağlı Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tədbir keçirildi. Tədbirdə çıxış edən Elçin Hüseynbəyli bildirdi ki, Qarabağ mövzusu cəmiyyətə yetərincə məlum olsa da, ədəbiyyatda hələ bədii həllini tapmayıb: "Mahmud Kaşğari Fondu fəaliyyətə başladığı müddətdə bir neçə dəfə bu tipli layihə həyata keçirib. Bu layihəni isə "Soyqırım və erməni təcüvüzü"nü həsr etmişik". Fondun icraçı direktoru Elxan Zal isə bildirdi ki, bu mövzuda yazılan kitabların sayı azdı. Birinci yer üçün 500 manat, ikinci yer üçün 300, üçüncü yer üçün isə 200 manat ayrılıb. E.Zal mükafatın az olmasına baxmayaraq, ilk addımı atdıqlarını və gələcəkdə dövlətin bu layihəyə dəstək olacağına ümid etdiyini bildirdi. Qeyd edək ki, qaliblər avqust ayında müəyyənləşəcək. Layihədə iştirak etmək istəyənlər özü haqqında məlumatı şəkli ilə birlikdə təşkilat komitəsinə təqdim etməlidilər. Eyni zamanda fond "Soyqırım və erməni təcavüzü" mövzusunda yazılmış hekayələr və məqalələr toplusunu nəşrə hazırlayır. Yaxın gələcəkdə bu əsərlərin xarici dillərə tərümə edilərək nəşr olunması nəzərdə tutulub. Gülər olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar