SON XƏBƏRLƏR

Donald Tramp Əli Xamenei və ya Pezeşkianla görüşməyə hazırdır

2025.04.25, 15:08
Donald Tramp Əli Xamenei və ya Pezeşkianla görüşməyə hazırdır

Amerika Prezidenti Donald Tramp İran prezidenti və ya Əli Xmenei ilə birbaşa diplomatik əlaqələr üçün görüşməyə hazır olduğunu bildirib.

Gunaz.tv

Donald Tramp bu barədə “Time” jurnalına verdiyi müsahibədə danışıb. O, İranın yüksək səviyyəli liderləri ilə görüşməyə hazır olub-olmadığı barədə suala “Əlbəttə” cavabını verib.

Donald Tramp, həmçinin, İsrailin İranın nüvə obyektlərinə hücum planlarını dayandırması ilə bağlı xəbərləri təkzib edib, lakin hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini bildirib.

Tramp İsrailin baş naziri Benyamin Netanyahunun Amerikanı daha geniş münaqişəyə sürükləyə biləcəyi ilə bağlı fikirləri rədd edərək, sadəcə olaraq “yox” deyib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar