SON XƏBƏRLƏR

İKİ FƏALIN HƏBSİ XƏBƏRİ YAYILIB

2021.10.20, 07:36
İKİ FƏALIN HƏBSİ XƏBƏRİ YAYILIB

Gunaz.tv
Mahmud Ocaqlı Behnam Şeyxi İslamşəhərdə (paytaxt Tehranın yaxınlığında yerləşir) İran prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvinin tərəfdarları - seçkiqabağı kampaniya çərçivəsində divarlara azərbaycanlıların milli hüquqları ilə bağlı yazılar yazan fəallar Behnam Şeyxi və Mahmud Ocaqlı həbs edilib. Fəalları iyunun 9-da tutsalar da, həbs xəbəri bu gün yayılıb. Tehran ETTELAAT idarəsinin əməkdaşları həbsdən əvvəl Behnam Şeyxinin ailəsinə zəng edərək onun idarəyə gəlib ifadə verməsini istəyiblər. Fəal boyun qaçıraraq ETTELAAT idarəsindən çağırış vərəqəsi tələb edib. Məlumatda bildirilir ki, daha sonra ETTELAAT əməkdaşları B.Şeyxini mağazasından aparıblar. M.Ocaqlını da onlar həmin mağazada tutublar. Fəalların harada saxlandığı və onlara qarşı konkret hansı ittihamların irəli sürüldüyü barədə hər hansı məlumat yayılmayıb. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar