SON XƏBƏRLƏR

GÜRCÜSTAN PARLAMENTİ ÖLKƏNİN MDB-DƏN ÇIXMASINA DAİR PROSEDURU TAMAMLAYIB

2021.10.20, 07:36
GÜRCÜSTAN PARLAMENTİ ÖLKƏNİN MDB-DƏN ÇIXMASINA DAİR PROSEDURU TAMAMLAYIB

Gunaz.tv
Gürcüstan parlamenti ölkənin Müstəqil Dövlət Birliyindən çıxmasına dair formal proseduru tamamlayıb İki aylıq fasilədən sonra bu gün parlamentin plenar iclası keçirilib. Qanunverici orqan MDB Parlament Assambleyası haqqında 27 mart 1992-ci il tarixli razılaşmanın, həmçinin MDB PA-nın 26 may 1995-ci il tarixli Konvensiyasının Gürcüstana münasibətdə qüvvəsini itirdiyinə dair qərarlar qəbul edib. Parlamentin sədri David Bakradze bir il əvvəl MDB PA-nın müvafiq orqanlarına məktub göndərdiyini və bu gün formal və hüquqi cəhətdən prosesi tamamladıqlarını söyləyib. Xatırladaq ki, 2008-ci il avqustun 18-də Gürcüstan parlamenti ölkənin MDB-dən çıxması barədə qərar qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar