SON XƏBƏRLƏR

Ağ Ev: “İrandakı seçkilər ABŞ-ın mövqeyini dəyişməyəcək”

2021.10.20, 07:36
Ağ Ev: “İrandakı seçkilər ABŞ-ın mövqeyini dəyişməyəcək”

Gunaz.tv
Rəsmi Vaşinqton təmsilçiləri bəyan ediblər ki, seçkilərin nəticəsində asılı olmayaraq, İran nüvə proqramından imtina etməlidir ABŞ-ın İranla münasibətləri bu ölkədə iyunun 12-də keçirilmiş seçkilərin konkret nəticələrindən asılı deyil. ANS PRESS, RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə ABŞ Dövləğ Departamenti rəsmi nümayəndəsinin müavini Filipp Krouli deyib: “Bizim İrana münasibətimiz müəyyən nəticədən asılı deyil. Biz İranın yeni administrasiyası ilə qarşımızda duran bütün problemlər üzrə əməkdaşlıq imkanını səbirsizliklə gözləyirik”. Bununla belə, Filip Krouli bildirib ki, Dövlət Departamenti səslər tam hesablanmadan İrandakı seçkilərlə bağlı bəyanat verməyəcək. Analoji bəyanatla ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays da çıxış edib: “Bizim mövqeyimiz belədir ki, İran özünün nüvə proqramından imtina etməlidir. Bu baxımdan, İrana qarşı münasibətimiz seçkidə kimi qalib gəlməsindən asılı olmayaraq dəyişməyəcək”. Xatırladaq ki, Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bildirmişdi ki, seçkilərdəki seçici fəallığı çox yazşı əlamətdir: “Bu, çox müsbət işarədir ki, İran xalqı səsinin və mövqeyinin hesablanmasını, dinlənilməsini istəyir”. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar