SON XƏBƏRLƏR

İran qəzeti Trampı təhqir etdi

2025.04.26, 10:58
İran qəzeti Trampı təhqir etdi

İranın lideri Əli Xameneinin nümayəndəsi tərəfindən idarə olunan “Kayhan” qəzeti şənbə günü Amerika prezidenti Donald Trampın “qurd maskası taxmış qoyuna” bənzədiyini bildirib.

Gunaz.tv

“Tramp boş öyünməyə aludə olur və canavar maskası taxmış qoyuna bənzəyir. Əgər Amerikanın İrana qarşı hərbi əməliyyat təhdidlərində ən kiçik uğur şansı olsaydı, bir an belə tərəddüd etməzdi.” - deyə Keyhan qəzeti iddia edib.

Qəzet Amerikanın təhdidlərinin danışıqlarda güzəşt axtarmaq üçün pərdə olduğunu bildirib və əlavə edib ki, İranın “sübut edilmiş gücü” Vaşinqtonu hərbi əməliyyatlardan çəkindirib.

Qeyd edək ki, ötən gün İran rəhbəri Əli Xamenei Amerika ilə danışıqların müvəqqəti ola biləcəyinə işarə etmişdi.

Buna qədər isə bir çox İsrail və Amerika rəsmiləri İranın danışıqlardan nüvə silahı əldə etmək üçün vaxt qazanmaq məqsədilə istifadə etdiyini deyirdi.

 

- Cəfər Cəfərli

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar