SON XƏBƏRLƏR

İran MSK: “Mahmud Əhmədinejat seçkinin qalibi olub”

2021.10.20, 07:36
İran MSK: “Mahmud Əhmədinejat seçkinin qalibi olub”

Gunaz.tv
Mərkəzi Seçki Komissiyası səslərin 5,5 milyonunun sayıldığını və fəaliyyətdə olan prezidenti 69 faiz səs topladığını elan edib İranın İRNA dövlət informasiya agentliyi fəaliyyətdə olan prezident Mahmud Əhmədinejatın ötən gün keçirilmiş seçkilərdə qalib gəldiyi barədə məlumat yayıb. Xəbərdə deyilir: “Mahmud Əhmədinejat səslərin böyük əksəriyyətinin toplayaraq onuncu prezident seçkilərinin şübhəsiz qalibi olub”. Bunun ardınca İranın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumatda deyilir ki, səslərin 5,5 milyonu hesablandıqdan sonra Mahmud Əhmədinejat 69 faiz səs toplayıb. MSK sədri bu məlumatı seçki məntəqələri bağlanandan bir qədər sonra keçirdiyi mətbuat konfransında verib.Mahmud Əhmədinejatın ən yaxın rəqibi Mir-Hüseyn Musəvinin isə 28 faiz səs topladığı, digər iki namizədin isə xeyli geri qaldığı bildirilir. “France Presse” agentliyinin məlumatına görə, hesablanmış bülletenlər ümumilikdə səslərin təxminən 19 faizini təşkil edir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar