SON XƏBƏRLƏR

İrana ehtiyat təyyarə hissələri satan ABŞ vətəndaşı azadlıqdan məhrum edilib

2021.10.20, 07:36
İrana ehtiyat təyyarə hissələri satan ABŞ vətəndaşı azadlıqdan məhrum edilib

Gunaz.tv
Rumıniya əsilli şəxsə 35 ay həbs cəzası verilib Embarqoya baxmayaraq, İranın hərbi təyyarələri üçün qaçaq yolu ilə ehtiyat hissələri satan Rımıniya əsilli Amerika vətəndaşı Traian Budjuveanuya 35 ay həbs cəzası verilib. ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, o, İran əsilli Amerika vətəndaşı Həsən Keşari ilə əlbir olaraq iranlı müştərilərə təyyarələrin ehtiyat hissələrini satıb. Onlar ehtiyat hissələrini Dubay vasitəsilə İrana çatdırıblar. Satılan mallar arasında ABŞ-da istehsal olunan F-14 döyüş təyyarələri, Kobra və CH-53 tipli helikopterlərə aid hissələr olub. Qeyd edək ki, ABŞ İrana mülki də daxil olmaqla bütün növ təyyarə ehtiyat hissələri satmağı qadağan edib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar