SON XƏBƏRLƏR

Musavinin cəhdi və ya "Gələcəyə doğru geriyə" – Trend News-un icmalçısı

2021.10.20, 07:36
Musavinin cəhdi və ya "Gələcəyə doğru geriyə" – Trend News-un icmalçısı

Gunaz.tv
Polad Həmidov, Trend News-un icmalçısı Bir çox ekspertlər Mahmud Əhmədinejadı İranda prezident seçkilərində "ayətulla" rejiminin maraqlarını təmsil edən namizəd və İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) keçmiş rəhbəri Möhsün Rezayini ona müxalif olan tərəf kimi hesab edirlər. Lakin "ayətulla" rejiminin maraqlarının yeganə təmsilçisi Mir Hüseyn Musəvidir və namizədlər arasında yalnız o, Əhmədinejadın nüfuzuna qarşı dura biləcək. Musəvi açıq şəkildə İranın nüfuzlu şəxslərinin buraxdığı səhvlər haqqında danışır və bu strukturun sistemini və "irsi qanunlarını" pozaraq onu tənqid edir. Əhmədinejad öz vəzifəsinə inanır, çünki o, "döyüşçüdür" və onun vicdanı ruhanilər qarşısında təmizdir. O, sovet sisteminin "yenidən qurucusu" Mixail Qorbaçov kimi öz düz işinə inanır. İranın ruhaniləri sistemə olan təhlükəni çoxdan hiss ediblər. Bu səbəbdən mülayim baxışlı siyasətçi, islahatçılar blokunu təmsil edən, 1981-1989-cu illərdə İranın Baş naziri vəzifəsini tutan Musəvi indiki prezidenti dayandırmaq üçün "keçmişdən çağırılıb". Musavi ruhaniliyin dirçəlmiş formasının nümayəndəsidir. O, İranda inqilabdan sonra qalmış rejimi saxlamaq üçün İran idarə sistemində islahatlar keçirməlidir. Musəvinin prezident seçilməsi Əhmədinejadın kəskin çıxışları və radikalizmi nəticəsində Avropa ilə pozulmuş münasibətləri qaydaya salmağa kömək edə bilər. Musəvinin İslam ölkəsinin siyasətində 20 il ərzində olmaması onun dini rəhbərlə münasibətlərində narazılıq ilə izah oluna bilər. Lakin o, yeganə insandır ki, inqilabdan sonra siyasi intriqalardan uzaq olub və heç bir tənqid yönümlü kampaniyalarda iştirak etməyib.Yaradıcı insan kimi Musəvi təbliğatın müasir metodlarından istifadə edə bilib. Məsələn, onun yoldaşı Zəhru Rahnəvərd seçkiqabağı kampaniyalarda fəal iştirak edərək, İranın siyasi tarixində ilk dəfə olaraq, öz həyat yoldaşına açıq dəstək göstərir. Yüksək elmi dərəcəyə və cəmiyyətdə nüfuza malik olan Xanım Rahnəvərd Əhmədinejad tərəfindən Musəvinin ünvanına edilmiş bütün hücumların qarşısını alır. Özündə qadın gücü və dəstəyini ehtiva edərək, həyat yoldaşı üçün ona böyük hörmət edən İran qadınlarının səsini təmin edir. Əgər Qərbin sanksiyaları və ölkədə iqtisadi problemlər olmasaydı, Əhmədinejadın qələbəsindən əminliklə danışmaq olardı. İranın dünya maliyyə böhranı dövründə təcrid olunması ölkədəki vəziyyəti pisləşdirib və adi vətəndaşların rahat yaşayışına mənfi təsir göstərib. Ölkədə inflyasiya 25 faiz, işsizlik isə rəsmi məlumatlara görə 12,5 faiz artıb. Bütün bunlar obyektiv olaraq seçkiqabağı kampaniyada Əhmədinejada mane olur və bütün amilləri nəzərə alsaq, onun seçiciləri öz tərəfinə çəkmək imkanları azdır. Musəvi İraq ilə müharibə zamanı İran iqtisadiyyatının çökdüyü bir vaxtda iqtisadi problemləri həll etmək bacarığını sübut edib. İranda prezident seçkilərinin yekun proqnozlarını vermək çətindir, çünki bu ölkədə dövlət idarə sisteminin ierarxiyasında prezidentlik ikinci yeri tutur. İranın dini lideri status üzrə prezidentdən üstündür, lakin eyni zamanda o, seçki qabağı kampaniyaya - İran xalqının öz iradəsini ifadə etməsinə müdaxilə etmək hüququna malik deyil. Lakin dini liderin seçkilərin gedişatına müdaxiləsindən heç kəs sığorta olunmayıb. Teokratik ölkələr üçün cəmiyyəti ruhanilərə və ya dinə tabe etmək xüsusiyyəti xasdır. Dini dəyərləri siyasi-tarixi proseslərə birbaşa daxil etmək dini həyatı prinsip və doktrinaya çevirir. Azad bir sahə olan din, bu sistemdə zorakı və məcburedici amilə çevrilir. Buna misal olaraq, belə cəmiyyətlərdə ictimai edamlar və döyülmənin mövcud olmasını göstərmək olar. 20 il siyasətdən kənarda olan Musəvi ölkənin prezidenti seçiləcəyi təqdirdə öz vəzifəsini yerinə yetirə və İran teokratik idarə sistemini müasir insanın həyat prinsiplərinə uyğunlaşdıraraq islahatlar keçirə biləcəkmi.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar