SON XƏBƏRLƏR

İran televiziyasının namizədlərdən yalnız birinə əlavə vaxt ayırması seçkilərin şəffaflığını şübhə altına salır – p.namzəd

2021.10.20, 07:36
İran televiziyasının namizədlərdən yalnız birinə əlavə vaxt ayırması seçkilərin şəffaflığını şübhə altına salır – p.namzəd

Gunaz.tv
İran televiziyasının namizədlərdən yalnız birinə əlavə vaxt ayırması seçkilərin şəffaflığını şübhə altına salır – prezidentliyə namizəd "İran Dövlət Televiziyasının namizədlərdən birinə ittihamları cavablandırmaq üçün əlavə vaxt ayıracağı bildirilir. Ölkədə sağlam seçkilər keçirmək istəyiriksə, buna yol verməməliyik. Dövlət televiziyasının bu addımı seçkilərin sağlamlığını şübhə altına salır", - İran prezidentliyə namizəd Mir Hüseyn Musəvi çərşənbə günü bildirib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb. Musəvi bildirib ki, əlavə vaxtın bir namizədə verilməsi, digər namizədlərin hüququnun pozulması və seçkilərin şəffaf keçirilməməsi deməkdir. İran mətbuatının məlumatına əsasən, İran Dövlət Televiziyası Prezident Mahmud Əhmədinejada ona qarşı irəli sürülmüş ittihamları cavablandırmaq məqsədi ilə 20 dəqiqə əlavə vaxt ayırıb. "Bütün bunlar onu göstərir ki, dövlət televiziyasına hökumət təzyiq edir və hökumət öz gücündən və imkanlarından suistifadə edir", - deyə Musəvi bildirib. Musəvi əlavə edib ki, biz azad seçkilər keçirmək niyyətindəyik və dövlət televiziyası bütün namizədlərə əlavə vaxt ayırmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar