SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamenti: “Ermənistanda siyasi böhran yaşanır”

2021.10.20, 07:36
ABŞ Dövlət Departamenti: “Ermənistanda siyasi böhran yaşanır”

Gunaz.tv
2008-ci ildə Ermənistanda keçirilən prezident seçkiləri siyasi böhrana gətirib çıxarıb və bu böhran hələ də həll edilməyib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin insan haqları və demokratiya ilə bağlı hesabatında bildirilir. Hesabatda ötən il martın 1-də və sonrakı günlər baş verən hadisələrə xüsusi diqqət yetirilib: “Prezident seçkiləri ciddi boşluqlarla keçirilib. Hakimiyyət orqanları martın 1-də nümayişçilərin dağıdılması üçün güc tətbiq ediblər, onlarla adam həbs olunub, 20 gün ərzində fövqəladə vəziyyət rejimi elan edilib, KİV azadlığı və xalqın mitinq keçirmək hüququ pozulub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar