SON XƏBƏRLƏR

Musəvinin etnik azərbaycanlı olması bizə heç nə vəd etmir

2021.10.20, 07:36
Musəvinin etnik azərbaycanlı olması bizə heç nə vəd etmir

Gunaz.tv
“Musəvinin etnik azərbaycanlı olması heç də prezident seçiləndən sonra Azərbaycan və azərbaycanlılar üçün nəsə edəcəyi demək deyil.bu barədə politoloq Vəfa Quluzadə bildirib. Onun sözlərinə görə, Mirhüseyn Musəvi hər şeydən öncə İran adlanan yerin vətəndaşıdır və bu ölkədə milliyyətçilik yoxdur: “Düzdür, o, Qarabağ məsələsinə də toxunub. Amma mən hiss etdim ki, onun mövqeyi də başqa dövlətlərin mövqeyi kimidir. O heç vaxt erməniləri suçlamadı - nə təcavüzdə, nə də işğalda. Yalnız onu dedi ki, sülh danışıqlarında Azərbaycana kömək etmək lazımdır. Mən isə sülh danışıqlarını cəfəngiyyat hesab edirəm. Sülh danışıqları hes bir nəticə gətirməyəcək. Nəticəni regionda geostrateji vəziyyətin dəyişməsi gətirəcək. Çünki biz danışıqları ermənilərlə aparırıq, amma Ermənistan marionetkadır, Rusiya istədliyi kimi onu barmağında ora-bura oynadır. Rusiya maraqlıdır ki, bölgədə nə hərb, nə də sülh olsun. İran adlanan yerin rəhbərliyi bunu çox gözəl bilir, amma görə-görə bunu dilə gətirmir. Ona görə də İran adlanan yerin rəhbərliyinin frazeologiyasında “Azərbaycana dəstək”, “Qarabağ məsələsinin tezliklə və ədalətlə həlli” sözlərinə tez-tez rast gəlinir, amma bunlar quru və boş şüarlardır”. Politoloq həm də İran adlanan yerdəki seçkilərin demokratik şəraitdə keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, islahatçı lider Mirhüseyn Musəvinin indiki prezident Əhmədinejaddan daha güclü görünür: “Qalibin kimi olacağını indidən demək çətindir. Amma zənnimcə, Musəvi daha üstündür. Çünki cəmiyyətdə yeniliyə tələbat var və əhali Qərblə normal əlaqələri olmasını istəyir. Burada ən böyük rolu gənc nəsil, tələbələr oynayır. Onlar internet, peyk antennaları vasitəsilə Qərblə tanışdırlar. Həmin gənclərin hamısı Musəviyə səs verəcəklər. Amma İran adlanan yerin nüvə proqramının başçısı isə Əhmədinejaddır”. Politoloqun fikrincə, bu amil seçkidə paritetin alınmasına də səbəb ola bilər: “Əgər paritiet alınsa, onda seçimi İran adlanan yerin ali dini lideri Seyid Əli Xamneyi edəcək. Yox, əgər Musəvi çox böyük üstünlüklə qalib gəlsə, sözsüz ki, Xamneyi İran adlanan yerin xalqının ürəyini sındırmayacaq və Musəvi prezident olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar