SON XƏBƏRLƏR

XOMEYNİNİN İLK CANİŞİNİ MEHDİ KƏRRUBİYƏ SƏS VERƏCƏYİNİ BİLDİRİB

2021.10.20, 07:36
XOMEYNİNİN İLK CANİŞİNİ MEHDİ KƏRRUBİYƏ SƏS VERƏCƏYİNİ BİLDİRİB

Gunaz.tv
Hüseynəli Müntəziri İslam Respublikasının qurucusu ayətullah Ruhulla Xomeyninin canişini olmuş ayətullah Hüseynəli Müntəziri jurnalistlərə açıqlamasında bu gün keçirilən prezident seçkisində Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubiyə səs verəcəyini bildirib. ayətullah Müntəziri deyib: “Son iyirmi ildə heç bir seçkidə iştirak etməsəm də, bu gün seçkiyə qatılaraq Mehdi Kərrubiyə səs verəcəm”. Müntəziri İran İslam İnqilabının lideri ayətullah Xomeyninin ilk canişini olub. Sonradan o, ölkədə həyata keçirilən kütləvi edamlarla bağlı Xomeyniyə açıq etiraz məktubu yazıb. Xomeyni vəfat edəndən (1989-cu il) dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb. Bu gün İranda prezident seçkisi keçirilir. Xalq dörd nəfər arasından seçim edir – Mahmud Əhmədinejad, Mirhüseyn Musəvi, Mehdi Kərrubi, Möhsün Rzayi. Seçkini Daxili İşlər Nazirliyi keçirir. Rəsmi məlumata görə, İranda 46 milyon 200 min seçici var. Onlar 46 min 62 məntəqədə səs verir. Səsvermə yerli vaxtla səhər saat 8-də başlayıb, axşam saat 18-də bitəcək.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar