SON XƏBƏRLƏR

Milli Fəallar seçkilərdən faydalanaraq Marağa şəhrində aksia geçirib lər

2021.10.20, 07:36
Milli Fəallar seçkilərdən faydalanaraq Marağa şəhrində aksia geçirib lər

Gunaz.tv
Güney Azərbaycanın Marağa şəhərində milli kimlik uğrunda dinc mübarizə aparan fəalların aksiyası keçirilib. İyunun 9-da küçələrə çıxan fəallar Azərbaycan dilinin rəsmiləşdirilməsini və ana dilində məktəblərin açılmasına icazə verilməsini tələb ediblər. Aksiyaçılar “Marağa oyaqdır, türk dilinə dayaqdır”, “Haray, haray, mən türkəm”, “Marağa yatmayıb, Təbrizi atmayıb”, “Azərbaycan oyaqdır, öz dilinə dayaqdır”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” və “Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim” şüarları səsləndiriblər. Şəhərin Mosəlla meydanına yaxınlaşan aksiyaçıların təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldığı, onlarla aksiyaçının həbs edilərək bilinməz istiqamətə aparıldığı bildirilir.gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar