SON XƏBƏRLƏR

Sepah: Musəvi “Məxməri inqilab” etməyə cəhd göstərir

2021.10.20, 07:36
Sepah: Musəvi “Məxməri inqilab” etməyə cəhd göstərir

Gunaz.tv
“Sepah”ın siyasi bürosunun rəisi Yədulla Cavani təşkilatın komandanları üçün dərc edilən “Təhlil-e ruz” (“Günün analizi”) bülleteninə müsahibədə İran adlanan yerin prezidentliyinə namizəd Mirhüseyn Musəvi və tərəfdarlarını “məxməri inqilab” cəhdində günahlandırıb. “Sepah” rəsmisi Musəvi tərəfdarlarını Gürcüstanda olduğu kimi, rəngli inqilaba zəmin yaratmağa hazırlaşdığını deyib: “Prezident seçkisində müəyyən bir rəngdən istifadə edilməsi (Musəvi tərəfdarları yaşıl rəngi simvol seçiblər) ölkədə “məxməri inqilab”a start verilməsi nişanəsidir. Lakin “Sepah” “məxməri inqilab”a doğru hər bir hərəkəti beşiyində boğacaq”. Yədulla Cavani deyib ki, Musəvi və tərəfdarları özlərini indidən seçkinin qalibi kimi aparırlar: “Bu cənablar hər yerdə geniş təbliğat aparıb özlərini seçkinin qalibi kimi təqdim edir, həyəcanla küçələrdə şənlənir və yəqin ki, hansısa rəqib namizəd qalib gələrsə, saxtakarlıq məsələsini ortaya atmağa hazırlaşırlar. Bu isə vaxtilə Gürcüstan müxalifətinin hazırladığı ssenarinin eynidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar