SON XƏBƏRLƏR

Donuz qripinin pandemiya səviyyəsinə çatdığı elan edilib

2021.10.20, 07:36
Donuz qripinin pandemiya səviyyəsinə çatdığı elan edilib

Gunaz.tv
Avstraliyada donuz qripi ilə xəstələnlərin sayı artsa da, ölüm halları qeydə alınmayıb. Cenevrədə keçən fövqəladə iclasdan sonra Dünya Səhiyyə Təşkilatı üzv ölkələrə göndərdiyi məktubda donuz qripinin pandemiya səviyyəsinə çatdığını elan edib. Hazırda donuz qripi halları 74 ölkədə qeydə alınıb. Ümumilikdə belə halların sayı az qala 28 minə çatıb və xəstəlik 141 adamın ölümünə bais olub. BMT-nin səhiyyə üzrə rəsmi statistikasında göstərilir ki, son həftə ərzində Avstraliyada virusa yoluxanların sayı 4 dəfə artaraq 1200 çatıb. Xəstələrin ümumi sayına görə hazırda Avstraliya yalnız Şimali Amerika ilə müqayisə oluna bilər. Xəstəliyi pandemiya elan etmək üçün DST əmin olmalıydı ki, xəstəlik dünyanın ən azı iki ayrı-ayrı regionunda yayılmaqdadır. Buna görə də, DST-nin mərhələ altını elan etməkdən başqa çarəsi demək olar ki, yox idi və o bunu da etdi. Onsuz da bir çox qrip ekspertləri əmin idilər ki, pandemiyanın mövcudluğuna sübut edən dəllilər göz qabağındadır. Lakin DST ləngiyir, rəsmi elanın qlobal təşvişə səbəb olacağından ehtiyat edirdi. Bu son 41 ildə ilk qlobal qrip epidemiyasıdır. DST-nin fövqəladə komissiyası xəstəliyin qarşısını almaq üçün normal tədbirlərin görülməsini tövsiyyə edir. Buraya, vaksin istehsalının sürətləndirilməsi daxildir. Lakin altı il əvvəl atipik pnevmoniya xəstəliyinin yayılması zamanı olduğu kimi, səyahət məhdudiyyətləri və sərhəd qapanmaları kimi tədbirlər məsləhət görülmür. Onsuz da, bir çox ekspertin fikrincə, o zaman həmin sərt tədbirlərin təsiri minimal olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar